Sosial
Baş nazirdən pensiyalarla bağlı YENİ QƏRAR
“Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na dəyişiklik edilib.
Publika.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, 2022-ci il 28 aprel tarixli, 175 nömrəli Qərar ilə təsdiq edilmiş Qaydalara bir sıra hüquqi və texniki dəyişikliklər edilib.
Dəyişikliklərə görə, işəgötürənin pensiya hüququ verən iş xarakteri barədə arayış vermədiyi hallarda, həmin məlumatın əldə edilməsi üçün alternativ sənədlərdən istifadə edilə bilər. Belə ki, şəxsin əmək müqaviləsi barədə məlumatlar MEİS-in “Əmək və məşğulluq” altsistemindən çıxarış əsasında təsdiqlənəcək. İşə xitam 2014-cü il iyulun 1-dək verilibsə, əmək kitabçasındakı qeydlər əsas götürüləcək, şübhə yarandıqda isə Dövlət arxivinin arayışı tələb olunacaq.
Qaydanın 5.5-ci bəndi yeni redaksiyada təsdiqlənərək bildirilib ki, avtomatlaşdırılmış təyinat istisna olmaqla əmək pensiyalarının verilməsi yalnız 5 nömrəli Əlavəyə uyğun rəsmi qərarla rəsmiləşdiriləcək.
Qaydaya əlavə edilən 6.7 və 6.8-ci bəndlərdə yeniliklər nəzərdə tutulur:
İşləyən pensiyaçıların fərdi hesabındakı kapitala əsasən pensiya yalnız müraciət tarixindən etibarən yenidən hesablanacaq.
İşləməyən pensiyaçılar üçün isə kateqoriya dəyişimindən əvvəlki maksimum 3 il üçün onların ödənişi təmin ediləcək.
Dövlət qulluqçularına münasibətdə əməkhaqqı əsasında yenidən hesablanma yalnız müvafiq dövlət orqanının təqdim etdiyi təsdiqedici arayış əsasında aparılacaq.
Qeyd edilib ki, yenidən hesablanma zamanı pensiyaçı üçün ən yüksək məbləğ tətbiq olunacaq.
Qaydaya 11 nömrəli Əlavədə də dəyişiklik edilib və şəxsin pensiya təyin edilməsindən imtina qərarına qarşı inzibati qaydada və ya məhkəməyə şikayət hüququ rəsmiləşdirilib.
-
Nida Xəbər 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ
-
İdman19:48PSJ Luis Enrikeyə bu qədər maaş təklif edir
-
ABŞ19:00Argentina İranın müvəqqəti işlər vəkilinə iki gün vaxt verdi
-
Region18:48Müəllimin geyimi müzakirə mövzusu oldu
-
Nida Xəbər 17:36BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?


































