Nida Xəbər
Prezidentə “Oğlum məni sizə əmanət edib” deyən şəhid anası kimdir? - VİDEO
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb.
Publika.az xəbər verir ki, görüş zamanı dövlət başçısı ilə şəhid anası arasında təsirli söhbət baş tutub.
“Mən Ağdərənin Çapar kəndindənəm. Mən bir şəhidin anasıyam, bir şəhidin də bacısıyam. Bu gün mənim yanımda ikinci bir oğlum yoxdur. Azərbaycanın qeyrətli oğlanları mənim oğlumdur. Oğlum məni Sizə əmanət edib. Mən Azərbaycanın bütün şəhid anaları adından Sizə “Qarabağın qəhrəman oğlu” deyirəm”, - deyə şəhid anası Prezidentə bildirib.
Publika.az-ın məlumatına görə, dövlət başçısı ilə söhbət edən şəhid anası Nəzakət Aslanovadır. O, Ağdərə rayonunun İmarət Qərvənd kəndində anadan olub.
Nəzakət Aslanovanın oğlu Aslanov Xəyal Qüdrət oğlu 1994-cü ildə Tərtər rayonunun Çardaqlı kəndində dünyaya göz açıb. O, 2020-ci ildə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ailəli idi və Ümid və Uğur adlı iki oğlu yadigar qalıb.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən, Xəyal Aslanov ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.
Nəzakət Aslanovanın qardaşı Natiq Həsənov isə 1992-ci il aprelin 8-də Kəlbəcər rayonunun Ağdaban kəndində baş verən faciə zamanı qəhrəmancasına şəhid olub.
Qeyd edək ki, Publika.az 2021-ci ildə şəhid ailəsinin Tərtərdəki evindən reportaj hazırlayıb.
Akqabay Mıradov
-
Magazin106:16"Birlikdə keçirdiyimiz son ad günü..." - FOTO
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu







.jpg)





























