Nida Xəbər
Trampın "Sülh Şurası"na Bakı da qoşulacaq?
ABŞ Prezidenti Donald Tramp Qəzzanın yenidən bərpası və idarə olunmasıyla bağlı təsis etdiyi Sülh Şurasına müxtəlif dövlətləri dəvət edib. Donald Tramp üzvlüyün havayı olmadığı qərarına gəlib. Dəvət edilən dövlət Sülh Şurasına üzv olmaq üçün 1 milyard dollar ianə ödəməlidir. Toplanan maliyyə vəsaitlərinin Qəzzanın yenidən qurulmasına xərclənəcəyi bildirilib. Bununla yanaşı Sülh Şurasına üzv olmaq istəyən dövlətlərə maliyyə vəsaitini ödəmək üçün 3 illik möhlət veriləcək.
Publika.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, Tramp artıq dəvətlərini ünvanlara göndərməyə başlayıb:
“Məlum olub ki, üzvlük haqqının kifayət qədər böyük məbləğ olmasına baxmayaraq, gəlirləri böyük olmayan dövlətlər də Sülh Şurasına üzv olmaq istəyirlər. Misal üçün Macarıstan və Vyetnam Trampın dəvətinə müsbət cavab veriblər. Dəvətə müsbət cavab verən ölkələr arasında Türkiyə, Avstraliya, İordaniya, Yunanıstan, Pakistan, Kanada, Misir, Paraqvay, Argentina və Albaniya kimi dövlətlər var.
Dəvətə hələ cavab verməyən ölkələr də var. Misal üçün Tramp Hindistanı da Sülh Şurasına üzvlüyə dəvət edib. Dehli dəvətə hələ cavab verməyib. Görünür, bunun səbəbi Vaşinqtonun Hindistan məhsullarına tətbiq etməyi planlaşdırdığı yüksək gömrük rüsumlarıdır. İki ölkə arasında ticarət sazişi imzalanmayıb. Əgər bu məsələ müsbət həll olunsa, Hindistanın da Sülh Şurasına üzvlüyü istisna deyil.
ABŞ prezidenti Sülh Şurasının yaradılmasını və müxtəlif ölkələri üzvlüyə dəvət etməsini İsrailin Baş naziri Benyamin Netanyahu ilə razılaşdırmayıb və bu, ikincinin narazılığına səbəb olub. Misal üçün Benyamin Netanyahu Türkiyənin Sülh Şurasına üzv olmasını istəmir. Buna baxmayaraq, Ağ Ev Qəzzanın bərpasında Türkiyənin iştirakının əhəmiyyətini anlayır. Tramp Türkiyəni kənarda saxlasaydı, bu iki ölkə arasında münasibətlərə mənfi təsir edəcəkdi. Türkiyənin Sülh Şurasında yer alması Təl-Əvivi Ankara ilə münasibətləri normallaşdırmaq zərurəti qarşısında qoyur.
Azərbaycanın da Sülh Şurasına üzv olması mümkündürmü? Sülh Şurasına üzvlüklə bağlı ABŞ prezidentinin Bakıya məktub göndərdiyi barədə məlumat yoxdur. Halbuki Donald Tramp azərbaycanlı həmkarı İlham Əliyevi ötən ilin oktyabrında Misirdə keçirilən Yaxın Şərq Sülh Sammitinə dəvət etmişdi. Vaşinqton bundan başqa Azərbaycanın Qəzzada sülhməramlı missiyada iştirakını da istəyirdi. Azərbaycan prezidenti 5 yanvarda yerli televiziya kanallarına geniş müsahibəsində Azərbaycanın Qəzzada sülhməramlı missiyada iştirak etməyəcəyini bildirdi. Buna baxmayaraq, Azərbaycanın gələcəkdə Sülh Şurasında iştirakı mümkündür. Rəsmi Bakının qərarına Tramp administrasiyasının Sülh Şurasının mandatını digər münaqişələrə genişləndirmək və onu BMT-yə alternativə çevirmək ideyasını reallaşdırması təsir edə bilər”.
-
Dəb21:52Moda əfsanəsi Valentino vəfat etdi
-
Magazin220:48"Evimə cin qəbiləsi göndərdilər" - Müğənni açıqlamaları ilə gündəmi alt-üst etdi
-
ABŞ19:00Tramp Lukaşenkoya görün nə təklif etdi
-
Ekologiya17:42Əhaliyə xəbərdarlıq edildi: Sabah Azərbaycanda...
-
Region16:54Ermənistanda "Tramp marşrutu" ilə bağlı qalmaqal: Oskanyanın cavabı verildi
-
Sosial16:32Baş nazirdən bu şəxslərin maaşları ilə bağlı QƏRAR
-
İqtisadi gündəm14:59Dolların sonu çatır: Qlobal bazar yeni valyuta axtarır
-
Sosial14:36Ksenon fara və yanıb-sönən işıqların SONU - 654 manat CƏRİMƏ və sürücülük vəsiqəsinin ləğvi


































