Nida Xəbər
Kir Starmer Trampın "Sülh Şurası"ndan İMTİNA ETDİ
Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Tramp tərəfindən irəli sürülən Qəzza üçün "Sülh Şurası" təşəbbüsünə qoşulmaq niyyətində deyil.
Publika.az “The Financial Times”a istinadla xəbər verir ki, Britaniya rəsmiləri hökumətin üzvlüyü üçün bir milyard dollar tələb edən və tərkibinə Rusiya Prezidenti Vladimir Putinin daxil olduğu bu quruma qatılmağı məqsədəuyğun hesab etmir.
Məlumata görə, ABŞ-Böyük Britaniya münasibətləri onsuz da gərgin olan bir dönəmdə Trampın Britaniyanın Mavrikiyə Çaqos adaları üzərində suverenliyini geri qaytaracağını “tam zəiflik” kimi dəyərləndirməsi Londonda narazılıq doğurub. Çaqos adalarında ABŞ və Britaniya birgə hərbi hava bazasına malikdir.
Starmer bu həftə "Sülh Şurası"nın şərtləri barədə müttəfiqlərlə məsləhətləşdiyini bildirsə da, hökumətə yaxın mənbələr onun belə bir quruma qoşulmasının real olmadığını vurğulayır. Rəsmilərdən biri deyib: “Vergiödəyicilərinin bir milyard dollarını Putinin də yer aldığı bir şurada oturmaq üçün xərcləmək qəbuledilən deyil”.
-
Köşə09:12Azərbaycanda məmurdan sensasion etiraf: Tapşırıqla...
-
Avropa08:48Şahzadə Harri qadın jurnalistə görün nə yazıb - İlk görüşdən sonra...
-
Magazin106:16"Birlikdə keçirdiyimiz son ad günü..." - FOTO
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək








.jpg)





























