Nida Xəbər
Elçin Əmirbəyov NATO rəsmisi ilə sülh prosesini müzakirə etdi - FOTO
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Bakıda səfərdə olan NATO Baş katibinin müavini Radmila Şekerinska ilə görüşüb.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı daimi nümayəndəliyi "X" hesabında paylaşım edib.
Görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh prosesi müzakirə edilib.
Tərəflər həmçinin qeyd ediblər ki, 2025-ci ildə Şimali Atlantika Şurası səfirlərinin Azərbaycana ilk səfəri və Prezident İlham Əliyevlə görüşü NATO ilə tərəfdaşlıq tarixində əhəmiyyətli hadisə olub.
"NATO və Azərbaycan arasında qarşılıqlı faydalı tərəfdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri, Azərbaycanın fəal və etibarlı tərəfdaş kimi Şimali Atlantika Alyansı rəhbərliyi altında həyata keçirilən sülhməramlı əməliyyatlara və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə, humanitar minatəmizləmə sahəsində əməkdaşlıq, həmçinin regional təhlükəsizlik və digər məsələlər üzrə ətraflı müzakirə aparılıb", – deyə məlumatda qeyd olunur.
-
Yaxın Şərq15:54Dünyanı lərzəyə salan addım: İranda nüvə silahı... - Fətvaya ehtiyac olmayacaq
-
Nida Xəbər 14:50Hacıbala Abutalıbov Qaxdan qovuldu
-
İdman13:00Rövşən Nəcəf eyham vurdu: AFFA işlək qurumu ləğv edəcək?
-
Nida Xəbər 12:22Deputat pəncərədən tullanıb qaçıbmış...
-
Köşə11:43Bir də çalınmayacaq bizim zəngimiz... - Bu da son
-
İdman11:24UEFA "Qarabağ"a neçə milyon ödəyib? - AFFA AÇIQLADI
-
Köşə09:12Azərbaycanda məmurdan sensasion etiraf: Tapşırıqla...
-
Avropa08:48Şahzadə Harri qadın jurnalistə görün nə yazıb - İlk görüşdən sonra...




































