Nida Xəbər
Ombudsman Naxçıvana hücumlarla bağlı bəyanat yaydı
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına edilmiş dron hücumları ilə bağlı bəyanat yayıb.
Publika.az xəbər verir ki, bəyanatda deyilir: "Bu gün İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Beynəlxalq Hava Limanının terminal binasına və Şəkərabad kəndində məktəb binasının yaxınlığına pilotsuz uçuş aparatlarının hücumları həyata keçirilib.
Mülki obyektləri hədəfləyən və mülki şəxslərin xəsarət alması ilə nəticələnən bu məqsədli hücumu şiddətlə qınayır və dünya ictimaiyyətini bu terror aktına münasibət bildirməyə çağırırıq.
Mülki əhali və infrastrukturların təhlükəsizliyinə yönəlmiş istənilən hücum beynəlxalq hüququn, beynəlxalq humanitar hüququn, xüsusilə Cenevrə Konvensiyalarının normalarının kobud pozuntusudur. Bu kimi qəsdlər dövlətlərin ərazi bütövlüyü və suverenliyi, eləcə də qonşuluq prinsiplərinə zidd olmaqla bir daha təkrarlanmamalıdır.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq vurğulamaq istərdim ki, mülki şəxslərin həyat və sağlamlığının qorunması bütün dövlətlərin üzərinə düşən fundamental öhdəliklərdəndir.
Baş vermiş hadisənin tez bir zamanda beynəlxalq hüququn tələblərinə uyğun şəkildə hərtərəfli araşdırılması, məsələyə aydınlıq gətirilməsi, təqsirkar şəxslərin cəzalandırılması və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsi vacibdir.
Dövlətlərin suveren hüquqlarına hörmət etmək, mülki əhali və obyektlərin qorunması BMT Nizamnaməsinə əsasən hər bir üzv ölkənin əsas vəzifələrindən birirdir".
-
Magazin219:36Məşhur müğənni şahzadə və xanımını toyuna dəvət etdi
-
İdman18:36Volk Messi və Ronaldo arasında seçim etdi
-
Sosial18:12Bu qalib şirkətə 400 min manata yaxın vəsait ödəniləcək
-
Nida Təhlil 17:00Bakı Brüsselin diqqət mərkəzində: Azərbaycanın rolu sürətlə artır
-
Dünya15:04Dünya bu möcüzədən danışır: Böyük şəhəri belə sərinləşdirirlər - VİDEO
-
Magazin114:40Tünzalə Ağayeva : “Sənətimin zirvəsindəyəm” - VİDEO
-
Ekologiya13:50Günəşin son 10 ildə atdığı ən böyük "bomba" - Bu tarixdə Yerə çatacaq
-
Dünya13:08Orbitimizə yaxınlaşır - Kuba bir söz deyir, Tramp başqa söz






.jpg)

.jpg)

.jpg)





.jpg)
















