Nida Xəbər
Avstriyalı nazir İranın hücumuna görə Bayramova zəng etdi
Avstriyanın Avropa və beynəlxalq məsələlər üzrə federal naziri Beate Maynl-Rayzinger Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Telefon danışığı zamanı C. Bayramov qarşı tərəfə İranın dron hücumları barədə ətraflı məlumat verib.
Azərbaycan ərazisinə qarşı həyata keçirilmiş bu hücumun beynəlxalq hüququn norma və prinsiplərinin kobud pozuntusu olduğu və regionda gərginliyin artmasına xidmət etdiyi vurğulanıb.
Avstriya naziri Azərbaycan ərazisinə qarşı dron hücumlarını qətiyyətlə pisləyib, ölkəmizlə həmrəy olduğunu bildirib.
Yaxın Şərqdə mövcud vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması, diplomatik səylərin artırılması və bu çərçivədə beynəlxalq hüququn norma və prinsiplərinə hörmətin vacibliyi qeyd olunub.
Nazir Beate Maynl-Rayzinger İranda olan Avstriya vətəndaşlarının Azərbaycan ərazisindən istifadə edilməklə təxliyyəsinə yaradılmış şəraitə görə təşəkkür edib.
Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
-
Magazin219:36Məşhur müğənni şahzadə və xanımını toyuna dəvət etdi
-
İdman18:36Volk Messi və Ronaldo arasında seçim etdi
-
Sosial18:12Bu qalib şirkətə 400 min manata yaxın vəsait ödəniləcək
-
Nida Təhlil 17:00Bakı Brüsselin diqqət mərkəzində: Azərbaycanın rolu sürətlə artır
-
Dünya15:04Dünya bu möcüzədən danışır: Böyük şəhəri belə sərinləşdirirlər - VİDEO
-
Magazin114:40Tünzalə Ağayeva : “Sənətimin zirvəsindəyəm” - VİDEO
-
Ekologiya13:50Günəşin son 10 ildə atdığı ən böyük "bomba" - Bu tarixdə Yerə çatacaq
-
Dünya13:08Orbitimizə yaxınlaşır - Kuba bir söz deyir, Tramp başqa söz






.jpg)

.jpg)

.jpg)





.jpg)
















