Nida Xəbər
Bakı Təşəbbüs Qrupu kiberhücumlara məruz qaldı
Hindistanda təqiblərə məruz qalan zikh icmasının problemlərinə həsr olunmuş beynəlxalq konfransdan sonra tədbirin təşkilatçısı Bakı Təşəbbüs Qrupunun (BTQ) rəqəmsal sistemləri kiberhücumlara məruz qalıb.
BTQ-dən Publika.az-a verilən məlumata görə, tədbirdən sonra həmçinin Kanada Zinkh Federasiyasının (Sikh Federation Canada) sədri Bual Moninder Singh və onun ailəsi ölümlə təhdid edilib.
Bildirilib ki, beynəlxalq hüquq çərçivəsində zikhlərin ədalətli mübarizəsinə dəstək vermək məqsədilə bu il yanvarın 16-da Bakıda "Hindistanda zikhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar" adlı beynəlxalq konfrans təşkil edilib. Tədbirdə Hindistanda zikhlərə və digər dini azlıqlara qarşı mövcud diskriminasiya və zorakılıq halları müzakirə olunub, beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində mübarizənin davam edəcəyi bildirilib.
"Qlobal diaspor şəbəkələri və rəqəmsal texnologiyalar fonunda bu cür repressiya mexanizmləri müxtəlif ölkələrdə paralel şəkildə həyata keçirilir", - BTQ-dən bildirilib və əlavə olunub ki, buna görə də məsələ yalnız bir dövlətin daxili siyasəti deyil, transmilli repressiya və insan hüquqlarının qorunması ilə bağlı beynəlxalq problem kimi qiymətləndirilməlidir:
"Bütün bu təhdidləri ciddi nəzərə alan dünyadakı məhşur zikh təşkilatları birgə addımlar atılması istiqamətində müzakirələr aparırlar. Hindistan hökuməti tərəfindən həyata keçirilən təqiblərin dünya ictimaiyyətinə çatdırılması və qınanması ilkin prioritetlərdəndir. Eyni zamanda kiber hücumlara qarşı dayanaqlı müdafiə imkanlarının gücləndirilməsi aktual məsələyə çevrilib".
Qeyd olunub ki, dünya ictimaiyyətinin diqqətinin daha çox müharibə və münaqişələrə yönəlməsidən istifadə edən Hindistan hökuməti müxtəlif ölkələrdə zikh fəallara qarşı daha sərt təqiblər həyata keçirməkdədir. "Son illərdə Hindistan hökumətinin zikh icmasına qarşı təzyiq və təqibləri daha da geniş vüsət alıb və beynəlxalq narahatlıq doğurur" , - məlumatda vurğulanıb.
Məlumat verilib ki, Hindistan hökumətinin zikh fəallarına və diaspor nümayəndələrinə qarşı təqiblərinin coğrafiyasının genişləndiyi və transmilli xarakter aldığı barədə müxtəlif insan hüquqları təşkilatlarının hesabat yaydığı bildirilib:
"Bu məsələ əvvəllər daha çox ABŞ və Kanada kontekstində müzakirə olunurdu, lakin faktlar göstərir ki, oxşar təzyiqlər zikh diasporunun fəal olduğu Avstraliya, Böyük Britaniya və Almaniyada da müşahidə edilir.
Məlum olduğu kimi, Hindistan hökuməti tərəfindən həyata keçirilən repressiyalar nəticəsində 2023-cü ildə Kanada ərazisində zikh fəalı Hardeep Singh Nijjar öldürülüb. Daha sonra ABŞ-da eyni ildə Hindistan vətəndaşı Nikhil Gupta-nın zikh fəalı Gurpatwant Singh Pannuna qarşı sui-qəsd planı ABŞ xüsusi xidmət orqanları tərəfindən aşkar edilərək ictimaiyyətə açıqlanıb. Hər iki hadisədə Hindistan hökumətinin əlaqəsi irəli sürülüb".
Vurğulanıb ki, transmilli repressiya yalnız fiziki təhdid və zorakılıqla məhdudlaşmır. "Repressiya metodları arasında diaspor fəallarının izlənməsi, hədəfli dezinformasiya kampaniyaları, siyasi və diplomatik təzyiq vasitələri, miqrasiya məhdudiyyətləri, reputasiya hücumları və kiber hücumlar yer alır" , - məlumatda qeyd edilib. Bu üsulların məqsədi isə zikh fəallarını susdurmaq, onların beynəlxalq platformalarda fəaliyyətini məhdudlaşdırmaq və diaspor daxilində qorxu mühiti yaratmaqdır.
-
Magazin120:36"Nikosayağı" aylar sonra göründü: qardaşının toyunda - Video
-
Dünya19:50Ukrayna Xəzərdə neft platformalarını vurdu
-
Nəqliyyat19:30Taksilərlə bağlı qaydalar dəyişdi? - AYNA-dan açıqlama
-
Nida Xəbər 16:34Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilir
-
Rəsmi xronika15:18İlham Əliyev sərəncam imzaladı
-
Magazin114:56Nazilə Səfərli tıxacda dava etdi: Özünü kimə göstərirsən? - VİDEO
-
Sağlamlıq14:12Su haqqında bildiklərimiz yanlış imiş: Ekspertdən şok açıqlama
-
Sosial13:30Əli Əsədov qərar imzaladı



































