Nida Xəbər
Mədəniyyət Nazirliyində Ekspert komissiyası ilə görüş oldu - FOTO
Martın 10-da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində nazirliyin nəzdində fəaliyyət göstərən Təsviri və dekorativ-tətbiqi sənət əsərləri üzrə Ekspert komissiyasının üzvləri ilə görüş keçirilib.
Publika.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Mədəniyyət naziri Adil Kərimli Prezident İlham Əliyevin 14 yanvar 2026-cı il tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasında mədəniyyətin müxtəlif sahələri kimi, təsviri və dekorativ-tətbiqi sənətin də inkişafı ilə bağlı müddəaların öz əksini tapdığını diqqətə çatdırıb. Qeyd olunub ki, sənəddə müasir təsviri və dekorativ-tətbiqi sənətin inkişafı, sərbəst bədii yaradıcılıq axtarışlarının dəstəklənməsi, beynəlxalq aləmə inteqrasiya və milli mədəniyyət nailiyyətlərinin təbliği məqsədilə qarşıya yeni vəzifələr qoyulub.
Görüşdə komissiyanın sədri, Azərbaycan Rəssamlar İttifaqının rəhbəri Xalq artisti Fərhad Xəlilov çıxış edərək kommissiyanın fəaliyyəti haqqında məlumat verib. Komissiyanın üzvləri – Xalq rəssamları, Rəssamlıq Akademiyasının rektoru Natiq Əliyev, Hüseyn Haqverdiyev, Aydın Rəcəbov, Memarlar İttifaqı İdarə heyətinin sədri Elbay Qasımzadə, “Azərxalça” ASC İdarə heyətinin sədri Emin Məmmədov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru Sevil Kərimova və Mədəniyyət Nazirliyinin sektor müdiri Aybəniz Əliyeva komissiyaya edilən müraciətlər, əsərlərin qiymətləndirmə meyarları və digər məsələlərlə bağlı fikirlərini bölüşüblər.
-
Rəsmi xronika10:23İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi
-
Sağlamlıq10:16İsti havada soyuq su içməyin, yoxsa... - Həkim xəbərdarlıq etdi
-
MDB09:26Tokayev-Putin görüşü - Tarix dəyişdi
-
Hadisə08:55Bakıda güclü yanğın - Maşınlara ziyan dəydi
-
Dünya08:37Kiyevə kütləvi hava hücumu: ölü və yaralı sayı artdı - Yeniləndi
-
İdman03:19Anam məni 16 yaşı olanda dünyaya gətirib, atam isə küçədən... - Yamaldan təsirli açıqlama
-
ABŞ02:18ABŞ helikopteri qəza enişi etdi - İtkin düşən və yaralananlar var
-
Qoroskop01:40Günün ulduz falı: qarşınıza gözəl fürsətlər çıxacaq











.jpg)























