Nida Xəbər
Azərbaycandan Ermənistana malların tranziti əlavə imkanlar açır – Qriqoryan
Azərbaycan ərazisindən Ermənistana malların tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması regionun iqtisadi potensialının inkişafı üçün əlavə imkanlar açır.
Publika.az xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan Çimkənddə keçirilən Avrasiya Hökumətlərarası Şurasının iclasında bildirib.
Onun sözlərinə görə, bu, nəqliyyat və logistika infrastrukturunun şaxələndirilməsinin xarici ticarətin stimullaşdırılmasına necə kömək etdiyinin bariz nümunəsidir.
Daxili bazarların qorunması barədə danışan Qriqoryan vurğulayıb ki, sistemli monitorinq təkcə yaranan disbalansı tez bir zamanda müəyyən etməyə deyil, həm də daxili bazarı qorumaq və yerli istehsalçıları dəstəkləmək üçün effektiv tədbirlərin hazırlanmasına imkan verir.
Avrasiya Hökumətlərarası Şurasının iclası 26-27 mart tarixlərində keçirilir. Bir gün əvvəl müşahidəçi dövlətlərin nümayəndələrinin iştirak etmədiyi məhdud iştiraklı iclas keçirilib.
Tural
-
Magazin220:48Xalq artisti qızına 2 gün toy edəcək
-
Rəsmi xronika19:45Əliyev və Lyayen mətbuata bəyanatlarla çıxış etdilər - Video/Yeniləndi
-
Magazin219:10Bu ölkə “Avroviziya”da ilk dəfə iştirak edəcək
-
Kriminal19:00Sevgilisinin yeni həyat vədinə aldanan azərbaycanlı qızın meyiti tapıldı - Foto
-
Region17:36Ermənistanın Türkiyə ilə sərhəd planı: Görün ilk kimlər keçəcək
-
Dünya15:46NATO bu ölkəni "bir nömrəli düşmən" elan etdi - Yeni strategiya işə düşür
-
Nida Xəbər 14:40Publika.az-ın əməkdaşı "Fərdi jurnalist müsabiqəsi"nin qalibi oldu
-
İKT14:08Bu qəzet və saytlara dəstək göstəriləcək - SİYAHI










.jpg)

.webp)
.jpg)





















