Nida Xəbər
"Bank VTB”nin mənfəəti 47%-dən çox azalıb, şirkətlər 27,4 milyon manatını geri çəkib
"Bank VTB (Azərbaycan)”ın 2026-cı ilin birinci rübü üzrə mənfəəti azalıb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, ilin ilk üç ayında bankın xalis mənfəəti 1 milyon 730.84 min manat təşkil edib ki, bu da 2025-cü ilin eyni dövrü ilə müqayisədə 47.66%% azdır. Ötən ilin birinci rübündə bankın mənfəəti 3 milyon 306.47 min manat olub.
Hesabat dövründə bankın depozit portfeli 2025-ci ilin birinci rübündə qeydə alınan 128 milyon 357 min manatdan 108 milyon 634.92 min manata enib (19 milyon 722.08 min manat və ya 15.37% azalma). Hüquqi şəxslərin depozitləri 27 milyon 487.56 min manat və ya 47.41% azalaraq 30 milyon 530.44 min manata enib, fiziki şəxslərin depozitləri isə 78 milyon 104.48 manata yüksəlib (7 milyon 766.48 min manat və ya 11.04% artım).
Bankın öhdəlikləri 2025-ci ildəki 243 milyon 826 min manatdan 212 milyon 92.44 min manata enib (31 milyon 733.56 min manat və ya 13.01% artım).
2026-ci ilin mart ayının 31-nə bankın Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəlikləri 11.52% artaraq 69 milyon 127.93 manata çatıb.
"Bank VTB (Azərbaycan)”ın aktivləri 323 milyon 965.66 min manat (7.05% azalma), kapitalı isə 111 milyon 873.23 min manata (6.84% azalma) bərabər olub.
Bankın digər banklar və maliyyə institutlarındakı depozitləri 40 milyon manata çatıb, bu isə 33.33% artım deməkdir. Digər banklar və maliyyə institutlarına verilən kreditlər isə 9 milyon 404.10 min manat təşkil edib (0.11% artım).
-
Nida Xəbər 10:54Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama: Başlayırıq
-
Nida Təhlil 10:30"Dəmir yumruq" ermənilərin 50 faizini sağaltdı - Zülfüqarov azərbaycanlıları təbrik etdi
-
Region10:09Bütün səslər hesablandı: Ermənistan seçkilərinin nəticəsi bəlli oldu
-
Dünya10:00Bəşər Əsədin Moskva həyatı - Putin ona nəyi qadağan edib?
-
Nida Xəbər 09:12Emin Ağalarov ilk dəfə AÇIQLADI: İlham Əliyevlə belə tanış olub
-
Cənubi Qafqaz08:24MSK yeni məlumat yaydı - Paşinyanın səs faizi düşüb
-
Dünya06:52İsraildən cavab zərbələri: İranın bir neçə şəhərində partlayış səsləri eşidildi
-
Magazin106:16Atamın evləndiyini mediadan öyrəndim - Emin Ağalarov



































