Nida Xəbər
Antalyada Azərbaycan-Əlcəzair əlaqələri müzakirə olundu
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Əlcəzairin dövlət naziri, xarici işlər və xaricdəki milli icma və Afrika məsələləri naziri Əhməd Attaf ilə görüşüb.
Publika.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat yayılıb.
Görüş zamanı ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi müzakirə olunub.
Ticarət, İqtisadi, Elmi və Texniki Əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması ikitərəfli əlaqələrin inkişafında əsas addım kimi qeyd edilib.
BMT, İƏT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək, o cümlədən Azərbaycanın AQFETM-ə sədrliyi və gələn il İƏT Zirvə Görüşünə ev sahibliyi etməsi kontekstində müzakirə edilib.
Yaxın Şərqdə gərginliyin azaldılmasının, atəşkəsin gücləndirilməsinin və münaqişələrin diplomatik yollarla həll edilməsinin vacibliyi vurğulanıb.
-
Magazin114:24Rəqsanə həbsdən sonra tanınmaz halda - FOTO
-
Rəsmi xronika13:40İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 12:46İlham Əliyevlə Putin arasında telefon danışığı - Nələr müzakirə olunub?
-
MDB12:00Peskovun həyat yoldaşı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir? - Məhkəməyə üz tutdu
-
İdman11:24Dünyanın ən seksual voleybolçusu bu FOTOLARLA fanatlarını dəli etdi
-
Dünya10:54Son dəqiqə: Netanyahu Trampla görüşə bilmək üçün Qəzza ilə bağlı qərarı təsdiqlədi
-
Sosial10:44Bu şəxslərə 3 il müavinət ödəniləcək
-
Nida Xəbər 10:27TƏBİB-in icraçı direktoru bu komissiyadan çıxarıldı


















.jpg)




.jpg)


.jpg)
.webp)










