Nida Xəbər
Bu gündən IV Şuşa Qlobal Media Forumu başlayır
Bu gündən IV Şuşa Qlobal Media Forumu başlayır.
Publika.az xəbər verir ki, 2 gün davam edəcək olan tədbir "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusuna həsr olunur.
Tədbirdə 53 ölkədən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxs iştirak edəcək. Eyni zamanda, forumda 30-a yaxın beynəlxalq informasiya agentliyi və 60-dan çox aparıcı media qurumu təmsil olunacaq. Həmçinin, 10-a yaxın beynəlxalq təşkilat və şirkətin nümayəndələri də foruma qatılacaq.
Bundan başqa, forum çərçivəsində medianın sülh quruculuğundakı rolu, sərhədlərarası media dialoqu və ictimai etimadın bərpası, dezinformasiya ilə mübarizədə beynəlxalq əməkdaşlıq, rəqəmsal platformalarda təhlükəsiz informasiya mühitinin yaradılması, süni intellekt dövründə media etikası və məsuliyyətli jurnalistika kimi aktual mövzular ətrafında panel müzakirələri, təkbətək görüşlər və interaktiv sessiyalar təşkil olunacaq.
Tədbir mediada məsuliyyətli davranışın vacibliyini önə çəkərək, cəmiyyətlər arasında sarsılmış etimadın bərpası, rəqəmsal həmrəyliyin gücləndirilməsi və sülhün təmin olunması istiqamətində praktiki addımların atılmasına töhfə verməyi hədəfləyir.
-
İdman20:45"Sabah" - "Hapoel" oyunu başladı - YENİLƏNİR
-
Sosial20:24Elxan Mütəllimova yüksək vəzifə verildi
-
İdman20:00“Sabah” “Hapoel”ə qarşı - Start heyətlər bəlli oldu
-
Nida Xəbər 19:12Polad Bülbüloğlu boşandı və yenidən evləndi - FOTO
-
Magazin119:00Xuraman Şuşalı görün neçə kiloqram arıqladı - VİDEO
-
Rəsmi xronika16:41Prezident Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarına dair sərəncamını dəyişdi
-
Dünya13:17İtaliya Makronun təşəbbüsünə "yox" dedi - Roma hərbçi göndərməyəcək
-
Cənubi Qafqaz12:42Köçəryan və oğlunun saxlanılmasının görüntüləri yayıldı - VİDEO


















.jpg)













.jpg)

.jpg)
