Nida Xəbər
Lavrovdan Azərbaycan-Rusiya münasibətləri ilə bağlı mühüm açıqlama
Rusiya və Azərbaycan Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Moskva Bəyannaməsinin potensialını tam reallaşdırmağa doğru irəliləyir.
Publika.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Moskvada keçirilən görüşün açılışında deyib.
Nazirin sözlərinə görə, iki ölkənin xarici işlər nazirlikləri arasında dialoq Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev arasında müntəzəm təmasları, eləcə də hökumətlər, nazirliklər, dövlət qurumları və parlamentlər səviyyəsində əməkdaşlığı tamamlayır.
Lavrov qeyd edib ki, münasibətlərdə zaman-zaman müəyyən çətinliklər yaransa da, bu, təbiidir və tərəflər buna baxmayaraq əməkdaşlığın inkişafını davam etdirirlər.
Lavrov, həmçinin, sənədin imzalandığı tarixə diqqət çəkərək "22.02.2022" tarixini simvolik adlandırıb.
-
Magazin106:46"Oğluma dəmişəm ki, biznesmen ol, sənətdə pul yoxdur" - Baba Vəziroğlu
-
Pul05:15"Bitcoin" kəskin ucuzlaşdı
-
Region03:43İranın cənub-şərqində partlayışlar baş verdi
-
Magazin203:13“Ulduz yolu” filminin aktyoru 86 yaşında vəfat etdi
-
Səhiyyə02:42Bu insult növü daha təhlükəlidir - Nevroloqdan xəbərdarlıq
-
Magazin102:12"Qızıma deyirəm ki, döz" - Nahidə Orucova
-
MDB01:11Putindən MESAJ: "Rusiya Avropa ilə müharibə istəmir, amma..."
-
İdman00:45Ronaldo het-trik edərək karyerasının 985-ci qolunu vurdu

































.jpg)
.jpg)