Nida Xəbər
Ceyhun Bayramov və Andrey Sibiqa arasında görüş keçirildi - YENİLƏNDİ
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə ukraynalı həmkarı Andrey Sibiqa arasında təkbətək görüş başa çatıb.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) sosial media hesabında paylaşım edib.
Qeyd olunub ki, nazirlər Prezident Volodimir Zelenskinin Azərbaycana səfərindən sonra Azərbaycan və Ukrayna prezidentləri arasında əldə olunmuş razılaşmaların icrası istiqamətində görülən işləri nəzərdən keçiriblər.
Görüş zamanı Azərbaycan–Ukrayna strateji tərəfdaşlığı, ticarət, energetika, investisiyalar, nəqliyyat, humanitar və çoxtərəfli əməkdaşlıq, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Tərəflər yüksək səviyyəli təmasların müntəzəm davam etdirilməsinin, həmçinin siyasi məsləhətləşmələr, İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiya və Biznes Şurası kimi ikitərəfli mexanizmlərin əməkdaşlığın daha da genişləndirilməsində mühüm rol oynadığını vurğulayıblar.
Nazirlər Ukraynada davam edən müharibə fonunda regiondakı son inkişaflar və beynəlxalq gündəmdəki aktual çağırışlar ətrafında fikir mübadiləsi aparıblar.
Ceyhun Bayramov hərbi əməliyyatların ən qısa zamanda dayandırılmasının və beynəlxalq hüququn norma və prinsiplərinə ciddi riayət olunmaqla münaqişənin diplomatik yollarla həllinin vacibliyini bir daha diqqətə çatdırıb. Azərbaycanın Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə ardıcıl dəstəyi bir daha vurğulanıb.
Ukraynanın xarici işlər naziri Qara dəniz və Azov dənizində davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan vətəndaşlarının həlak olması və yaralanması ilə bağlı dərin hüznlə başsağlığı verib, yaralananlara isə tezliklə şəfa diləyib.
Nazirlər, həmçinin Azərbaycanın Ukraynaya 50 milyon ABŞ dollarını aşan humanitar yardımı, İrpen şəhərində həyata keçirilən bərpa layihələri və ukraynalı uşaqlar üçün reabilitasiya proqramlarını yüksək qiymətləndiriblər.
C.Bayramov görüş zamanı Cənubi Qafqaz regionundakı mövcud vəziyyət, eləcə də işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri barədə ukraynalı həmkarına ətraflı məlumat verib.
xxx
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə ukraynalı həmkarı Andrey Sibiqa arasında təkbətək görüş başlayıb.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) sosial media hesabında paylaşım edib.
xxx
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ukraynada bu ölkənin istehsalı olan dronların sərgisi ilə tanış olub.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) sosial media hesabında paylaşım edib.
Bildirilib ki, Ukrayna xarici işlər naziri Andrey Sibiqa azərbaycanlı həmkarı Ceyhun Bayramovu nazirlikdə qarşılayıb.
Qarşılanma mərasimindən sonra nazirlər birlikdə Ukraynada istehsal edilən pilotsuz uçuş aparatlarının nümayiş olunduğu sərgi ilə tanış olublar.
xxx
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu Kiyevdə ukraynalı həmkarı Andrey Sibiqa qarşılayıb.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) sosial media hesabında paylaşım edib.
xxx
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov avqustun 6-da Ukraynaya rəsmi səfərə yola düşüb.
Publika.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Ceyhun Bayramovun Ukraynanın xarici işlər naziri Andrey Sibiqa və digər yüksəkvəzifəli rəsmilərlə ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.
-
Avropa14:21Bu ölkə NATO-dan uzaqlaşma qərarı verdi - Referendum keçiriləcək
-
İdman13:31UEFA-dan FİFA rəhbərinə qarşı sərt addım: Daha qətiyyətli tədbirlər görüləcək
-
MDB13:08Ukrayna ABŞ-a səfir tapa bilmir: Zelenski iki namizəd arasında qalıb
-
ABŞ10:14Melaniya Ağ Evdə yaşamırmış: Trampla onun arasında nə baş verib?
-
MDB09:32Rusiyada gecə kabusu: 400-dən çox PUA... - 16 region hədəfdə
-
Dünya08:00Bu ölkədə kütləvi adam oğurluğu - 47 ölü, 50-dən çox girov var
-
İdman07:47Sabiq hücumçu həbs edilə bilər
-
Magazin206:16“Mələk” nişan xəbərindən sonra bikinidə poza verdi - FOTO








































.jpg)
.jpg)

.jpg)