Nida Xəbər
Ukrayna Azərbaycana təşəkkür etdi
Ukrayna xarici işlər naziri Andrey Sibiqa azərbaycanlı həmkarı Ceyhun Bayramovu ölkəsinə ilk səfəri çərçivəsində qəbul etməkdən məmnun olduğunu bildirib.
Publika.az xəbər verir ki, bu barədə Andrey Sibiqa sosial media hesabında paylaşım edib.
O qeyd edib ki, tərəflər ikitərəfli və beynəlxalq gündəlikdəki əsas məsələləri, o cümlədən regional təhlükəsizlik, davamlı sülhə nail olmaq səyləri, iqtisadi və enerji sahəsində əməkdaşlığı, eləcə də Azərbaycanın Ukraynanın bərpasına verdiyi töhfəni müzakirə ediblər:
"Bugünkü görüş Ukrayna və Azərbaycan arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsi istiqamətində növbəti mühüm addımdır. Müntəzəm yüksəksəviyyəli təmaslar, praktiki əməkdaşlıq və ikitərəfli gündəliyimizi genişləndirmək əzmimiz sayəsində dialoqumuz aktiv və məzmunlu olaraq qalır".
Andrey Sibiqa hərbi əməliyyatların ilk günlərindən etibarən Azərbaycanın göstərdiyi humanitar yardıma, xüsusən də Ukraynanın enerji dayanıqlığının dəstəklənməsinə, kritik infrastrukturun bərpasına və yenidənqurma işlərinə verdiyi töhfələrə görə təşəkkürünü bildirib.
O vurğulayıb ki, Ukrayna Azərbaycanın onun suverenliyinə və ərazi bütövlüyünə ardıcıl dəstəyini yüksək qiymətləndirir və rəsmi Kiyev də eyni qaydada Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləməyə sadiqdir:
"Səmərəli müzakirələrə görə təşəkkür edirəm, əziz Ceyhun! Əminəm ki, dostluğumuz, qarşılıqlı etimadımız və strateji tərəfdaşlığımız ölkələrimiz və xalqlarımızın rifahı naminə inkişaf etməkdə davam edəcək".
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi






































.jpg)
