Nida Xəbər
Xarici ölkələrdəki hərbi attaşelərin illik iclası keçirildi - FOTO
Azərbaycanın xarici ölkələrdəki səfirliklərin nəzdində fəaliyyət göstərən hərbi attaşeləri və hərbi nümayəndələrinin iştirakı ilə illik iclas keçirilib.
Publika.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tədbirin açılışında Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Elçin Abdullayev çıxış edərək hərbi diplomatiyanın inkişafı, beynəlxalq hərbi əməkdaşlığın genişləndirilməsi və qarşıda duran mühüm vəzifələr barədə ətraflı məlumat verib.
İclasda hərbi attaşelərin və nümayəndələrin ötən dövr ərzində görülən işlər, aidiyyəti ölkələrlə ikitərəfli hərbi əməkdaşlığın mövcud vəziyyəti, eləcə də perspektiv fəaliyyət istiqamətləri üzrə hesabat məruzələri dinlənilib.
Görüşlərdə beynəlxalq hərbi əməkdaşlığın inkişafı perspektivləri müzakirə olunub və hərbi diplomatların qarşısında duran əsas vəzifələrə dair müvafiq tapşırıqlar verilib.
Tədbir çərçivəsində Müdafiə Nazirliyinin baş idarə və idarələri, eləcə də aidiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən aktual mövzular barədə təqdimatlar təşkil olunub.
Sonra hərbi attaşelər və nümayəndələr Müdafiə Sənayesi Nazirliyinin "İqlim" Elmi-İstehsalat Müəssisəsini ziyarət edərək müəssisənin istehsal imkanları və yenilikləri ilə tanış olublar.
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz








.jpg)








.webp)

.jpg)

















.jpg)