Nida Xəbər
Bakı nəqliyyat dəhlizlərinə həsr olunmuş beynəlxalq foruma ev sahibliyi edəcək
2026-cı il sentyabrın 7-dən 9-dək Bakıda “Black and Caspian Freight Forum 2026: Corridors, Infrastructure, Investments” adlı 5-ci Beynəlxalq Konfrans və Sərgi keçiriləcək. Tədbir “Four Seasons” otelində baş tutacaq.
Publika.az xəbər verir ki, tədbirdə dövlət qurumlarının, beynəlxalq maliyyə təşkilatlarının, liman və dəmir yolu şirkətlərinin, nəqliyyat və logistika sektorunun, investisiya dairələrinin, biznes və ekspert təşkilatlarının nümayəndələrinin iştirakı gözlənilir.
Tədbirin təşkilatçıları “RDL Group” və “CASPIA” analitik mərkəzdir.
Forumun əsas müzakirə mövzularından biri Orta Dəhlizin inkişafı və onun Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropa arasında nəqliyyat əlaqələrinin genişləndirilməsində rolu olacaq. İştirakçılar dəhlizin inkişaf perspektivləri ilə yanaşı, onun praktiki səmərəliliyinə təsir edən əsas məsələləri - infrastrukturun ötürücülük qabiliyyətini, liman və dəmir yolu şəbəkələrinin vəziyyətini, müxtəlif nəqliyyat növləri arasında koordinasiyanı, investisiya ehtiyaclarını və logistika proseslərinin rəqəmsallaşdırılmasını müzakirə edəcəklər.
Xəzər dənizi üzərindən yükdaşımaların dinamikası, liman və dəmir yolu infrastrukturunun inkişafı, nəqliyyat operatorları arasında əməkdaşlığın gücləndirilməsi, eləcə də Mərkəzi Asiya və Cənubi Qafqazın nəqliyyat şəbəkələrinin Qara dəniz regionu və Avropa ilə daha sıx əlaqələndirilməsi imkanları da müzakirələrin əsas istiqamətləri sırasında yer alacaq.
Forumda TRIPP - “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (Trump Route for International Peace and Prosperity) daxil olmaqla, regionda irəli sürülən yeni infrastruktur təşəbbüsləri və onların regional bağlantılara mümkün təsiri də ayrıca nəzərdən keçiriləcək.
Bununla yanaşı, nəqliyyat infrastrukturuna investisiyaların cəlb edilməsi, multimodal daşımaların inkişafı, Xəzər və Qara dəniz üzərindən yükdaşımaların genişləndirilməsi, logistikanın rəqəmsallaşdırılması və beynəlxalq nəqliyyat dəhlizlərinin perspektivləri ətrafında fikir mübadiləsi aparılacaq.
-
Dünya11:44Türkiyədən PKK ilə bağlı şok qərar - Minlərlə üzvə amnistiya yolu açıldı
-
Yaxın Şərq10:44İsrail bu ərazidə yeni yəhudi yaşayış məntəqəsi salır: 650 ev tikiləcək
-
ABŞ09:55Trampı belə qoruyurlar: Qolf oynayarkən ətrafına görün nə yerləşdirildi
-
ABŞ09:00Hamı Trampın həmin təyyarədə olduğunu zənn edirdi, sən demə... - İrana qarşı "yem" əməliyyatı
-
Elm və təhsil08:37Tələbələrin dərs saatı dəyişir? - Bakıda yeni hazırlıq
-
Hadisə07:35Dənizdə boğulma halları niyə artır? - Video
-
ABŞ02:43Tramp bəyan etdi: Hörmüz minalardan tamamilə təmizlənib
-
Qoroskop01:40Günün ulduz falı: emosional qərarlar verməkdən çəkinin









.jpg)


























