Nida Xəbər
Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalandı
Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb.
Publika.az xəbər verir ki, mərasim Prezident İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşaviri Şeyx Tahnun bin Zayed Al Nəhyanın iştirakı ilə baş tutub.
Mərasimdə "Azərbaycanda bərpaolunan enerji layihələrinin işlənib hazırlanması məqsədilə "Abu Dhabi Future Energy Company" - "Masdar" və "Azərbaycan Yaşıl Enerji Şirkəti" MMC arasında əməkdaşlıq Sazişi", "Azərbaycan İnvestisiya Holdinqi ilə "L"IMAD HOLDING COMPANY PJSC" arasında strateji əməkdaşlıq Sazişi", "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti ilə "Terra Mining Ltd" arasında "Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisində mineral-xammal potensialının və mədən sahələrinin birgə qiymətləndirilməsi və kəşfiyyatı haqqında Saziş", Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və "GROUP 42 Holding Ltd" arasında "Azərbaycan Respublikasında Data Mərkəzinin, Yüksək Performanslı Hesablama və Süni İntellekt İnfrastrukturunun inkişafı üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu", Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi (Azərbaycan Respublikasının adından çıxış edən) və "XRG SGC LIMITED" arasında "Cənub Qaz Dəhlizi" Qapalı Səhmdar Cəmiyyəti ilə bağlı Səhmdarlar Müqaviləsi", həmçinin Energetika Nazirliyi, SOCAR və "Masdar" arasında "Neftçala 315 mvt Günəş fotovoltaik layihəsi üzrə maliyyə bağlanışının baş tutmasının təsdiqi" sənədi imzalanıb.
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO






_(1).webp)





























