Nida Xəbər
Azərbaycan fərqli yol seçib - Kamaləddin Qafarov
“Sentyabrın 11-12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri mühüm siyasi əhəmiyyət daşıyır.”
Publika.az xəbər verir ki, bu fikir Milli Məclisin deputatı Kamaləddin Qafarovun mətbuata açıqlamasında yer alıb.
Onun fikrincə, xarici diplomatların bölgədəki reallıqları yerində görməsi baxımından əlamətdar olan bu səfərin Ermənistan cəmiyyətinin müəyyən dairələrində qıcıq yaratması isə təsadüfi deyil. “Qarabağ Azərbaycanın suveren ərazisidir və xarici diplomatların ölkənin istənilən bölgəsinə səfər etməsi təbiidir. Buna görə həmin səfəri hədəfə alan, diplomatları təzyiq və linç ritorikası ilə qarşılayan kampaniya Ermənistanın Azərbaycanın suverenliyinə münasibətdə hələ də problem yaşadığını göstərir. Belə yanaşma Azərbaycanın daxili işlərinə açıq müdaxilə cəhdidir.”
Millət vəkili diplomatların gördükləri mənzərənin Ermənistanın illərlə formalaşdırdığı saxta təsəvvürlərin tam əksi olduğunu qeyd edib: “Şuşada, Xankəndidə və digər ərazilərdə aparılan bərpa-quruculuq işləri, Zəfər Parkı ilə tanışlıq bölgənin bu gün necə dəyişdiyini göstərib. Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş büstlərinin taleyi bu baxımdan xüsusilə diqqətçəkəndir.
Gəncəsər və Xudavəng monastırlarına baxış isə Ermənistanda ayrıca narazılıq yaradıb. Azərbaycan ərazisindəki tarixi irsin siyasi iddialarla mənimsənilməsi mümkün deyil. Qafqaz Albaniyasının Azərbaycan torpaqlarında mövcudluğu tarix elminə məlumdur. Bu irsin inkar edilməsi tarixə rasist yanaşmadır. Daha paradoksal olan Ermənistanın öz ərazisində Azərbaycan xalqının tarixi-mədəni izlərini inkar etməsidir. Qərbi Azərbaycanda məscidlərin, qəbiristanlıqların və digər abidələrin dağıdılması faktları fonunda Qarabağdakı ayrı-ayrı abidələr üzərində müstəsna iddia irəli sürülməsi açıq ikili standartdır. Tarixi irsin qorunmasının yolu onu siyasi məqsədlərlə saxtalaşdırmaq deyil, obyektiv araşdırmaqdır. Baş verənlər Ermənistanın sülh gündəliyinə yanaşmasını da sual altına alır. Hakimiyyətə yaxın resurslarda yayılan kampaniya və parlament rəhbərinin qəbuledilməz açıqlamaları revanşist ritorikanın gücləndirildiyini göstərir.
Sülh haqqında danışarkən Azərbaycanın suveren ərazisinə beynəlxalq səfəri hədəfə almaq ziddiyyətli mövqedir. Azərbaycan isə fərqli yol seçib. Qarabağ və Şərqi Zəngəzurda quruculuq işləri davam edir, xarici nümayəndələr bölgəyə dəvət olunur və reallıqları yerində görmələrinə şərait yaradılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mahiyyəti həqiqəti gizlətmək deyil, onu beynəlxalq ictimaiyyətə göstərməkdir. Ermənistanın revanşist dairələrini narahat edən də budur: Qarabağın bugünkü gerçəklikləri Azərbaycanın suverenliyini və tarixi həqiqəti təsdiqləyir”.
-
Maraq dünyası13:40Maskın 78 yaşlı anası qarajda yatır: Başının üstündəki dama şükür edir - FOTO
-
ABŞ12:10Trampın sərvəti açıqlandı: Görün əsas gəlir mənbəyi nədir
-
Nida Xəbər 11:55Gürcüstanda əsgərlik şərtləri: 6 ay xidmət, 560 dollar maaş və...
-
Rəsmi xronika11:38İlham Əliyev bu şəxsləri "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI
-
Dünya09:48Türk iş adamının təyyarəsinin qalıqları tapıldı - Dağın yamacına çırpılıb
-
ABŞ09:12Jurnalistləri aparan helikopter qəzaya uğradı: Ölənlər var - Anbaan VİDEO
-
Nida Xəbər 09:00Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak etdi - FOTO
-
Sosial07:47Balqabağın elə faydaları üzə çıxdı ki...






.jpg)


.png)
























.jpg)


