Nida Xəbər
Tələbələrə şad xəbər: Məbləğin 10%-i geri qayıdır - RƏSMİ
Tələbələr BakıKart üzrə gediş haqqını TələbəPlus kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. Bonus həm fiziki TələbəPlus kartı, həm də QR ödənişləri zamanı keçərlidir.
Bu barədə Publika.az-a Təhsilin İnkişafı Fondundan məlumat verilib.
Bildirilib ki, ilin sonunadək tələbələr BakıKart üzrə nəqliyyat ödənişlərinə xərclədikləri məbləğin 10%-ni bonus şəklində gündəlik say limiti olmadan geri qazana biləcəklər.
Bilik Günü münasibətilə təqdim olunan yeni bonus imkanı tələbələrin gündəlik nəqliyyat xərclərinin müəyyən hissəsini geri qazanmasına şərait yaratmaqla yanaşı, TələbəPlus kartının gündəlik istifadəsi üzrə üstünlükləri də genişləndirir.
Qeyd edək ki, təhsil işçiləri üçün Təhsilin İnkişafı Fondu tərəfindən istifadəyə verilən TəhsilPlus kartı ilə ictimai nəqliyyatdan istifadə zamanı da güzəştlər təqdim olunur. TəhsilPlus istifadəçiləri “City Card” və BakıKart üzrə QR ödənişlərində 10% endirimdən yararlana bilirlər.
TələbəPlus kartı Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Visa” tərəfindən tələbələr üçün həyata keçirilən birgə layihədir. Kart tələbələrə nəqliyyatdan istifadə ilə yanaşı, müxtəlif xidmət və məhsullardan yararlanarkən bonus və endirim imkanları təqdim edir.
-
Rəsmi xronika16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 15:31Baş nazir qərar imzaladı
-
Maraq dünyası13:40Maskın 78 yaşlı anası qarajda yatır: Başının üstündəki dama şükür edir - FOTO
-
ABŞ12:10Trampın sərvəti açıqlandı: Görün əsas gəlir mənbəyi nədir
-
Nida Xəbər 11:55Gürcüstanda əsgərlik şərtləri: 6 ay xidmət, 560 dollar maaş və...
-
Rəsmi xronika11:38İlham Əliyev bu şəxsləri "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI
-
Dünya09:48Türk iş adamının təyyarəsinin qalıqları tapıldı - Dağın yamacına çırpılıb
-
ABŞ09:12Jurnalistləri aparan helikopter qəzaya uğradı: Ölənlər var - Anbaan VİDEO








.jpg)























.jpg)


