Orxanla birgə aptek müdiri də həbs edildi
Bizi izləyin

Nida Xəbər

Orxanla birgə aptek müdiri də həbs edildi

Orxanla birgə aptek müdiri də həbs edildi

Xəbər verdiyimiz kimi, “Alyans” vəkil bürosunun rəhbəri Orxan Kəngərli həbs edilib.

Publika.az lent.az-a istinadla xəbər verir ki, onunla birgə daha bir nəfər həbs edilib.

Orxan Kəngərli ilə birgə həbs edilən aptek müdiri Xalid Mustafayevdir.

Ona Cinayət Məcəlləsinin 240.2.1-ci (Güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Məlumata görə, o, vəkil Orxan Kəngərliyə narkotik tərkibli dərmanları reseptsiz satırmış.

Məhkəmənin qərarı ilə X. Mustafayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, X.Mustafayev 2019-cu ildə də eyni əmələ görə həbs edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm