Layihələr
“Azərbaycanda dövlət qulluğu sistemində islahatlara dəstək” layihəsinə start verildi
Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi və Dövlət İmtahan Mərkəzinin (DİM) həyata keçirdiyi “Azərbaycanda dövlət qulluğu sistemində islahatlara dəstək” layihəsinin açılış tədbiri keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə bir sıra dövlət və özəl qurumların rəhbər şəxsləri, Avropa İttifaqının Azərbaycan Respublikasındakı səfiri və nümayəndələri, həmçinin beynəlxalq ekspertlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə layihənin dövlət qulluğu sistemindəki islahatlara verəcəyi töhfələr, DİM-in dövlət qulluğuna qəbul, qulluqda yüksəliş və xidməti fəaliyyətin qiymətləndirilməsi, davamlı peşəkar inkişaf və fərdi karyeranın planlaşdırılması üzrə imkanlarını necə inkişaf etdirəcəyinə dair məlumat verib.
O, DİM ilə Avropa İttifaqı arasındakı digər əməkdaşlıq layihələrindən də söhbət açıb. Avropa İttifaqının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Petr Mixalko da qonaqları salamlayıb və həyata keçirilən layihənin əhəmiyyətini vurğulayıb. Daha sonra tədbirdə DİM-in əməkdaşları və beynəlxalq ekspertlər tərəfindən təqdimatlar edilib.
Xatırladaq ki, dövlət qulluğu sistemində dayanıqlı islahatların aparılması məqsədilə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi 2022-ci ilin iyun ayından etibarən Avropa İttifaqının maliyyə dəstəyi ilə iki illik “Azərbaycanda dövlət qulluğu sistemində islahatlara dəstək” layihəsini həyata keçirməyə başlayıb.
Layihənin məqsədi təşkilati strukturu və texniki bazanı gücləndirməklə “Azərbaycan Respublikasında 2019-2025-ci illər üçün Dövlət Qulluğunun İnkişafı Strategiyası”nın həyata keçirilməsinə töhfə verməkdir. PROMAN şirkəti və beynəlxalq konsorsium tərəfindən icra edilən layihə Avropa İttifaqının Azərbaycana davamlı dəstəyinin tərkib hissəsidir.
-
Kriminal00:45Dilqəm Əsgərova qarşı cinayət işi açıldı
-
Hadisə28 Avqust 22:18Azərbaycanda 11 yaşlı qız əməliyyatdan sonra öldü
-
Elm və təhsil28 Avqust 19:50DİM sədri şad xəbər verdi: 600-dən çox bal toplayıb kənarda qalanlar...
-
Nida Xəbər 28 Avqust 19:30Bu ölkənin səfiri Azərbaycan XİN-ə çağırıldı - Qərəzli süjetə etiraz
-
Hadisə28 Avqust 19:10Bakı metrosunda həyəcanlı anlar: qadın qatar yoluna düşdü
-
Nəqliyyat28 Avqust 18:30Bakıda axşam tıxacı: 18 yol keçilməz oldu
-
Yaxın Şərq28 Avqust 14:33İsrail hökumətində qarşıdurma: Netanyahu ilə onun arasında savaş gedir
-
Region28 Avqust 13:16Paşinyanın dəmir yolu planı Moskvanı qəzəbləndirdi - Görün Lavrov necə reaksiya verdi










_(1).png)














.jpg)








.jpg)

.jpg)