Qarabağ
Azərbaycanın sərvətləri hesabına varlanan Sirmakesin TOPDAĞITMAZ BİZNESİ
"İsveçrənin dünyaca məşhur saat brendi “Franck Muller Group”un təsisçilərindən biri və baş direktoru Vartan Sirmakes işğal altında olan Qarabağda Azərbaycanın sərvətləri hesabına var dövlətini xeyli artırıb".
Publika.az xəbər verir ki, iqtisadçı ekspert Qubad İbadoğlu Sirmakesin separatçı rejimlə sövdələşmə nəticəsində maliyyə investoru kimi adı hallanan obyektlərin siyahısını açıqlayıb.
• Zəngilan rayonu Vejnəli kəndində qanunsuz istismarda olan əlvan metal mədəni (ehtiyatları 6,5 ton qızıl və 3 min ton mis);
• Kəlbəcər və Laçın ərazisində qanunsuz tikilən SES-lər;
• Kəlbəcər rayonunda qanunsuz istismarda olan yataqlar (sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan Söyüdlü (Zod) və qızıl ehtiyatlar 13 tondan çox olan Ağduzdağ və Tutxun);
• Ağdərə rayonunda ildə 40-50 ton qara kürü ixrac etmək sevdası ilə “Golden Fish” şirkəti tərəfindən tikilmiş balıq fabriki.
Vartan Sirmakesin baş direktor olduğu “Franck Muller Group” işğal olunmuş Azərbaycan ərazilərində fəaliyyət göstərən “Artsakhbank” QSC-nin səhmlərinin 66,3% -ə, “Armswissbank” Armenia QSC-nin səhmlərin 20% -ə, 1200-dən çox səhmdarı, 10,6 milyard dram nizamnamə kapitalı olan “ArtsaxKHEK” ASC-nin 52,1 % -ə sahib olub.
"Hesab edirəm ki, Vartanın qanunsuz əməlləri barədə ilk növbədə onun vətəndaşı olduğu ölkənin hüquq-mühafizə orqanları məlumatlandırılması, ona qarşı beynəlxalq məhkəmələrdə iddia qaldırılmalıdır. Sadəcə məhkəmə iddiasından öncə onun Azərbaycana vurduğu ziyanın məbləği müəyyənləşdirilməli və kompensasiya tələb edilməlidir", - deyə Q.İbadoğlu əlavə edib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)






















.jpg)
.jpg)
