Qarabağ
Ermənistanda mitinqin dağıdılması ondan xəbər verir ki... - Deputat
“Müharibənin bizim qələbəmizlə başa çatması Ermənistan iqtisadiyyatına mənfi təsir göstərib. Nəzərə alsaq ki, Ermənistanda ümumi daxili məhsulda 6 faiz azalma qeydə alınıb, eyni zamanda ölkənin xarici borcu 8 milyard dollardan çoxdur və yalnız 2 milyard dollar civarında rezervləri var”.
Bunu Publika.az-a açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, bu gün Ermənistanın xarici borcu ölkənin ümumi daxili məhsuldakı payından 70 faiz çoxdur: “Ermənistan bölgədə ən çox borc asılılığında olan ölkədir. Bir müddət öncə erməni parlamenti tərəfindən 2020-ci il Ermənistan dövlət büdcəsinə baxılması və dəyişikliklər edilərək xarici borc limitinin artırılması da ondan xəbər verir ki, işğalçı ölkə daha böyük xarici borclanmaya getmək niyyətindədir. Savaş başladıqdan sonra dünyanın aparıcı qiymətləndirmə agentliyi olan “Fitch Ratings” Ermənistanın kredit rezervlərinin azaldılması ilə bağlı qərar qəbul edib. Praktiki olaraq Ermənistan post-müharibə dövrünə tənəzzülə uğramış iqtisadiyyatla daxil oldu”.
V.Bayramov qeyd edib ki, üçtərəfli razılaşmadan sonra Ermənistanın daxilində kifayət qədər ciddi narazılıqlar var və müxalif siyasi partiyalar tərəfindən mitinqlər keçirilir: “Mitinqin dağıdılması ondan xəbər verir ki, cəmiyyətdəki ziddiyyət daha da artır. Bir tərəfdən iqtisadiyyat zəifdir, tənəzzül davam edir, digər tərəfdən isə ölkədə siyasi çöküş müşahidə olunur. Bu da Ermənistanda post-müharibə və digər dövrlərdə iqtisadi tənəzzülün dərinləşəcəyindən xəbər verir”.
Deputat vurğulayıb ki, erməni lobbisinin, xüsusilə də Ermənistanda fəxri formanı diktə etməyə çalışan lobbinin bundan sonrakı mövqeyində dəyişikliyin olacağı gözlənilir: “Nəzərə alsaq ki, lobbi əslində Ermənistanı əvvəlki dövrlərdə savaşa hazır etdiyini düşünürdü və vəsaitlər ayırırdı. Amma müharibə göstərdi ki, Ermənistan ordusu Azərbaycan Ordusu qarşısında tab gətirə bilmədi və 44 gün ərzində biz qələbə əldə etdik. Ona görə də Ermənistan hakimiyyəti ilə lobbi arasında, eyni zamanda daxildə vəziyyət getdikcə dərinləşəcək. Bu da nəticə etibarilə post-müharibə dövründə erməni iqtisadiyyatının tənəzzülündən xəbər verir”.
Akqabay Mıradov
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi



















.jpg)

















.jpg)
.jpg)
