Qarabağ
Ermənilər indi də Paşinyan rejiminin cəza tədbirləri qarşısında özlərini itiriblər - POLİTOLOQ
Ermənistanda ciddi siyasi böhran yaşanır. Bu siyasi böhran cəmiyyətin bütün sahələrinə nüfuz etməkdədir. Siyasi böhranın ən birinci səbəbi ölkənin Azərbaycanla müharibədə sarsıdıcı məğlubiyyətə uğramasıdır. Bu, xəstəhal ermənilərin ovqatına çox güclü təsir edib. Ermənilər dəli-divanə olmaq dərəcəsinə gəlib çatıb.
Bu sözləri Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
O, bildirib ki, baş verənlər əslində obyektiv, qanuna və beynəlxalq hüquq normalarına uyğun olsa da, xəstə təxəyyüllü insanlar baş verənləri ağır bir faciə kimi qəbul edir:
“Halbuki müharibə davam etsəydi, bundan betərini görəcəkdilər. Hazırda Paşinyan Rusiyaya da, Qərbə də, hətta Azərbaycana da sərf edir. Çünki o, atəşkəs və sülh bəyanatını imzalayan şəxsdir. Bu gün prosesləri tənzimləyən sənədin altında onun imzası var. Odur ki, onun hakimiyyətdə qalması sərf edir. Paşinyan hakimiyyətini qorumaq üçün bu gün represiyalara əl atır, siyasi müxalifətin rəhbərlərini, köhnə hakimiyyətin bəzi məsul vəzifələrdə çalışmış şəxslərini həbs etdirir, mitinqləri qadağan edir, mitinqlərə çıxanlara küllü miqdarda pul cərimələri kəsdirir... Üstəlik polisə mitinqə çıxan adamları dəyənəkləməyi əmr edir. Beləliklə, sözün həqiqi mənasında, ağır hərbi məğlubiyyətdən başını itirmiş ermənilər indi də Paşinyan rejiminin cəza tədbirləri qarşısında özlərini itiriblər”.
Politoloqun sözlərinə görə, Qərb ikili standartlarla ermənipərəst mövqeyini daha aşkar formada büruzə verməkdədir: “Qərb bütün baş verənləri özünün adamı hesab etdiyi Paşinyana bağışlayır, represiyalar haqqında bir kəlmə də danışmır. Müxalifət liderlərinin həbsini qınayan bəyanatlar vermir. Başqa ölkələrdə, xüsusən Azərbaycanda hər hansı problem meydana gələn gələn kimi, o barədə bəyanat qəbul edən beynəlxalq təşkilatlar ağızlarına su alıb dayanıb. Bütün bunlar öz dəyərləri və insan haqlarına hörmətiylə öyünən Qərbin bu dəyərlərdən çoxdan uzaqlaşdığını əyani sürətdə nümayiş etdirdi. Qərb siyasi liberalizmi və siyasi dəyərləri sözün əsl mənasında, ciddi böhran yaşayır. Bu müharibənin getdiyi dövrdə Azərbaycanın haqq işinə də kölgə salmaları, hətta Makron kimi səriştəsizlərin Azərbaycana qarşı müxtəlif böhtanlar yağdırması onu göstərdi ki, Avropa gerçəkliyi, siyasi sistemi ciddi böhran keçirir”.
Aytən Məftun
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?








.jpg)

.png)
















.jpg)
.jpg)






