Qarabağ
Moskva İslam İnstitutunun rektorundan Qarabağda məscidlərin dağıldılmasına SƏRT REAKSİYA
Bu gün YUNESKO-nun görkəmli mədəniyyət xadimlərinin müraciəti haqqında xəbəri təəccüblə oxudum. Rejissorlar, dirijorlar, musiqiçilər və yaradıcı elitanın digər nümayəndələri xahiş edirdi ki, Dağlıq Qarabağ bölgəsinin xristian məbədləri, bədii və memarlıq irsinin abidələrini Ümumdünya İrs Siyahısına daxil edilsin. Müsəlman abidələrinin təhqir və məhv edilməsinə gözlərini yuman bu mədəniyyət xadimlərinin tamamilə açıq seçici yanaşması məni heyrətləndirdi, onlar Dağlıq Qarabağda yalnız xristian məbədlərinin himayə olunmasını tələb edirlər.
Publika.az xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Müsəlman Ruhani İdarəsi sədrinin birinci müavini, Moskva İslam İnstitutunun rektoru Demir Muxetdinov deyib.
Rektor bildirib ki, sadəcə xristian dininə aid olan məbədlərin qorunması tələbi ilə çıxış etmək müsəlman dünyasına qarşı sayğısızlıqdır.
Tanınmayan Dağlıq Qarabağ Respublikasının ərazisində qaldıqları onilliklər ərzində bölgədəki 67 məsciddən 63-ü dağıdılıb! Zədələnmiş tarixi və mədəniyyət abidələrinin sayı yüzlərlədir. Qarabağın on və yüzlərlə müsəlman abidəsinin dağıdılmasına baxmayaraq, Alban-Udi Kilsəsinin bu iddialarını çox həyasız eyhamlar kimi qiymətləndirərdim.
Hər hansı bir müşahidəçi obyektiv yanaşma ilə Azərbaycanın bütün dini ənənələrə eyni dərəcədə hörmət edən çoxmədəniyyətli bir dövlət kimi göstərdiyini qeyd etmək məcburiyyətindədir. Bakı Dünya Dinləri Liderləri Zirvəsinin paytaxtıdır. Əgər indiki Azərbaycan Respublikasının rəhbərliyi xristianlığa yaraşmayan münasibət göstərsəydi, çətin ki, Patriarx Kirillin mütəmadi olaraq Prezident İlham Əliyevlə və Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşərdi.
Ancaq YUNESKO-nun diqqətini Qarabağın tarixi irsinə cəlb etməyi tamamilə düzgün hesab edirəm. Ümid edirəm ki, bu yaxınlarda 75 illik yubileyini qeyd edən bu nüfuzlu beynəlxalq təşkilat mütəxəssislərinin obyektlərin dini mənsubiyyəti nəzərə alınmadan, bölgənin tarixi irsinin obyektiv və qərəzsiz olaraq qoruma mərhələsinə başlamaq və gələcək müdafiə məqsədilə gərəkli qərarlar qəbul etmək üçün savadları bəs edəcək.
Aytən Məftun
-
Magazin114:40Qalmaqal Faiq Ağayevin toyunda başladı - Nazpəri Dostəliyeva
-
Sosial13:58Yüksək vəzifə verilən Nərgiz Şərifova kimdir?
-
MDB13:51Rusiya Kiyevi “Xəncər”lə vura bilər: Bütün diqqət bu tarixə yönəldi
-
Sosial13:47Kaya Kallas Azərbaycandadır
-
Dünya12:21Makron İrəvanda mahnı oxudu, Paşinyan baraban çaldı - VİDEO
-
Sosial10:37Nazir onu rəis təyin etdi
-
ABŞ09:41Tramp Ağ Evdən gedəcəyi tarixi açıqladı: 8-9 ildən sonra...
-
Dünya08:49Fişəng fabrikində dəhşətli partlayış - 21 nəfər öldü
































.png)

.jpg)



