Qarabağ
Hikmət Həsənov şəhid polkovniklə bağlı SİRLƏRİ AÇDI: Döyüşlərdə elə bir məqam olub ki, o, məni... - VİDEO
"Şəhid polkovnik Babək Səmidli millətini, bayrağını, xalqını sevən bir igid idi, bir dost kimi isə ləyaqətli sirdaş, yaxın bir silahdaş idi".
Publika.az-ın Trend-ə istinadla verdiyi məlumata görə, bunu 1-ci Ordu korpusunun komandiri, general-mayor Hikmət Həsənov bir neçə gün əvvəl Suqovuşanda minaya düşərək şəhid olan polkovnik Babək Səmidli haqqında danışarkən deyib.
General-mayor bildirib ki, Babək Səmidli 2016-cı ilin aprel döyüşlərində xüsusi qəhrəmanlıq göstərib: "Aprel döyüşlərində də, bu döyüşlərdə də o bizimlə çiyin-çiyinə döyüşüb. Həmişə bir söz deyərdik - Birincisi Allah üçün, dövlət üçün, millət üçün, Ali Baş Komandanımız üçün, sındırılmış qürurumuzu yüksəltmək üçün bu savaşa giririk, bu yolun geri addımı yoxdur. Uca rəbbimə şükürlər olsun ki, bu zəfəri bizə nəsib etdi. Bu zəfərin sayəsində artıq biz məğlub ordu, məğlub millət, qüruru ləkələnmiş millət deyilik. Bunların hamısı Babək başda olmaqla qanını dövləti və milləti üçün fəda edən bütün şəhidlərimizin, heç bir maraq güdmədən canını verən qardaşlarımın sayəsindədir. Onlar ölməyiblər. Babək Səmidli döyüşlərdə ən çətin məqamlarda mənim yanımda olub. Hətta döyüşün gedişatında elə bir məqam olub ki, o məni yenidən həyata qaytarıb, vaxtında xəstəxanaya çatdırıb. Həmişə buna görə ona təşəkkür edirdim".
-
Magazin213:40Rusiyanın məşhur reperi evində güllə yarasından öldü
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Maraq dünyası12:198-ci mərtəbədən yıxılan 5 yaşlı qız sağ qaldı - Möcüzə?
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Nida Xəbər 11:27Bakıda Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası komandalarına dəstək aksiyası
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO





































