Qarabağ
Ermənilər evlərin hamısını söküb istehkamlar qurublar - AÇIQLAMA
Qarabağlı günlərimiz başlayır, Azərbaycan xalqının gözü aydın olsun. Buna nəinki qarabağlılar, bütün Azərbaycan və müsəlman ölkələri sevinir. Dünəndən bəri Murov istiqamətindəyəm, əsgərlərimizi Kəlbəcərə böyük coşğu ilə yola saldıq. Onlar çox böyük ruh yüksəkliyi ilə Murov dağını aşıb Kəlbəcərə tərəf irəlilədilər.
Bu sözləri Publika.az-a açıqlamasında tanınmış muğam ifaçısı Babək Niftəliyev deyib. Müharibə başlayandan bəri cəbhə bölgələrinə yollanıb ordumuza dəstək nümayiş etdirən sənətçi Ali Baş Komandana minnətdarlığını çatdırıb:
“Şəhidlərimizi unutmaq olmaz, Allah bütün qəhrəmanlarımıza rəhmət eləsin, yaralı əsgər və qazilərimizə uzun ömür, can sağlığı arzu edirəm.
Evlərimizi yerlə-yeksan etsələr də, hər kəs böyük səbirsizliklə oraları yenidən görməyə can atır. Ümumiyyətlə, Kəlbəcərdə demək olar ki, abadlıq işləri olmayıb. Şuşada az da olsa, abadlaşdırma işləri həyata keçirilib. Kəlbəcərdə isə bu 30 ildə heç bir irəliləyiş olmayıb, yeni binalar və evlər də inşa olunmayıb. Sadəcə qızıl mədənlərində çalışanlar üçün çox az sayda tikililər və hərbi postlar var idi. Evlərin hamısını söküb istehkamlar qurublar. Şükürlər olsun ki, Ali Baş Komandanımızın, ordumuzun gücü sayəsində istehkamların hamısı darmadağın olundu. İnşallah, daha gözəl evlər tikəcəyik”.

Müğənni bildirib ki, Kəlbəcərdə yaşayıb-yaratmaq arzusundadır:
“Kim öz yurduna qayıtmaq istəməz ki. Xarici səfərdən gələn hər hansı vətəndaş hava limanına eniş edən kimi şükürlər edir ki, vətənə döndüm. Biz 30 ildir ki, o torpaqlara həsrət idik. Kəlbəcərdən çıxanda 8 yaşım var idi, Qarabağa 35 yaşında dönürəm. Könüllü yazılsam da, aparmağa ehtiyac duymadılar. Buna baxmayaraq, döyüşlər başlayandan boş dayanmamışam, ordumuza dəstək olmağa çalışdım, onlar üçün oxudum, dostlarımızın əsgər paylarını çatdırdım”.
Səhnəni səngərə dəyişən xanəndə onu da vurğulayıb ki, vətən sevgisi hər şeydən yüksəkdə dayanır:
“Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu bütün dünyaya meydan oxudu, bu qələbə şəhidlərimizin qanı bahasına qazanıldı. Əlbəttə ki, birinci vətəndir, sənət sonra gəlir. Peşəsindən asılı olmayaraq hər birimiz belə düşünməliyik. Döyüş ərəfəsində Azərbaycanın birliyini gördük, xalqımız bir yumruq kimi birləşdi, ordumuzun yanında oldu. Nə vaxt lazım gələrsə, tar-kamanı, mikrofonu kənara qoyub silaha sarılıb vətən uğrunda döyüşməliyik və buna da hazırıq”.
Aytən Məftun
-
Avropa21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...












.jpg)






















.jpg)
.jpg)

