Qarabağ
Moskvadan Paşinyana ŞOK ÇAĞIRIŞ: hakimiyyətdən getməsə...
"Taşir" şirkətlər qrupunun qurucusu və Rusiya erməni sahibkarları birliyinin prezidenti Samvel Karapetyan Ermənistanın baş naziri Nikol Paşinyanı dərhal istefaya çağırıb.
Publika.az xəbər verir ki, Karapetyan bunu bu gün erməni xalqına yayılan mesajında bildirib.
İş adamı fikirlərini təfərrüatlı şəkildə açıqlayıb və baş nazir və hökumətin istefasının niyə lazım olduğunu düşündüyünü izah edib: “Qan tökülmədən ediləcək hakimiyyət dəyişikliyi Ermənistan üçün yaranan çətin vəziyyətdən çıxmağa kömək edəcək. Baş nazir və hökumətin dərhal istefası müvəqqəti nazirlər kabinetinin formalaşdırılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi lazımdır. Ermənistan mübaliğəsiz böyük bir faciə yaşayır, çünki erməni xalqının tarixinin ən dramatik səhifələrindən biri indi yazılır. Azərbaycanın üstün qüvvələrinə qarşı müharibədə yenə də uğursuz olduq.

Mövcud hökumət ölkəni idarə edə bilmir. Onun ən vacib öhdəliyi Ermənistan ordusunun döyüş qabiliyyətini və Qarabağ sakinlərinin təhlükəsizliyi idi ki, onu təmin etmək iqtidarında da deyil. Bunu etiraf etmək lazımdır. Ermənistan rəhbərliyinin apardığı daxili və xarici siyasət fəlakətə səbəb oldu. Buna görə də vaxt itirib özümüzü aldatmaqla məşğul ola bilmərik. Hamımız və ilk növbədə, səlahiyyətlilər etiraf etməliyik ki, bir sıra səbəblərə görə Paşinyan və onun hökuməti artıq erməni cəmiyyətinin enerjisini konstruktiv bir kanala çevirə, xalqı birləşdirə və ciddi həll etməyə başlaya bilməyəcək”.
Onun sözlərinə görə, Ermənistanın ən qısa müddətdə inkişafına yönəlmiş prinsipial yeni bir gündəliyin formalaşdırılması, iqtisadiyyatın bərpası üçün real bir yol xəritəsi yaradılması və baş verən hadisələr nəzərə alınmaqla düzgün xarici siyasət istiqamətlərini müəyyənləşdirmək vacibdir.
Zümrüd
-
Dünya07:47Qocalar evində FACİƏ: 10 nəfər öldü, 20-yə yaxın yaralı var
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ




































