Qarabağ
Dövlətimiz şəhid ailələrinə və yaralılara böyük qayğı göstərir - Deputat
"Azərbaycanda qanunvericilikdə şəhid ailələrinin sosial təminatının yaxşılaşdırılması üçün bir sıra məsələlər nəzərə alınıb. Amma zaman keçib, Azərbaycan dövlətinin iqtisadi gücü, büdcəsi artıb, ona görə də bu məsələlərə yenidən baxılması tamamilə mümkündür".
Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
O bildirib ki, dövlətin iqtisadi gücü artdıqca bu məsələlər diqqətdə saxlanılmalıdır: "Prezident İlham Əliyev də bir neçə dəfə şəhid ailələrinə, yaralılara, müharibə iştirakçılarına dövlətin diqqətinin artırılacağını vurğulayıb. Azərbaycan dövləti ölkənin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini çox əziz tutur, onların ailəsinə qayğı göstərir. Dövlət başçısı da bir müddət əvvəl müharibədə yaralananlarla görüşündə bildirib ki, şəhid ailələri, yaralananlar, müharibə iştirakçıları birbaşa onun şəxsi nəzarətində olacaq. Elə indi də görürük ki, Prezidentin tapşırığını əsas götürərək şəhid ailələrinə və yaralılara, vaxtından əvvəl tərxis olunub gələn hərbçilərə böyük qayğı göstərilir. O qayğı bundan sonra daim artacaq".
A.Mirzəzadə qeyd edib ki, dövlət qayğısı onların maddi problemlərinin həllində, adlarının əbədiləşdirilməsində görünəcək: "Prezidentin imzaladığı sərəncamla Azərbaycanda "Vətən müharibəsi" abidə kompleksi və "Zəfər" muzeyi yaradılacaq. Bu da Vətən müharibəsi ilə bağlı bütün məsələlərin indiki və sonrakı nəsillərə qabarıqlığı ilə çatdırılmasına xidmət edəcək. Şəhid olan hər bir vətəndaşımızın xatirəsi bizim üçün əzizdir. Bundan sonrakı siyasət də ərazi bütövlüyümüz qorunmaqla hər bir vətəndaşımızın müdafiəsi uğrunda olacaq".
Akqabay Mıradov
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi














.jpg)




















.jpg)

.jpg)
