Qarabağ
Politoloq - Niderlandın müstəmləkə siyasətinin acı nəticələrini görmüşük
“Təəssüf edirik ki, Niderland parlamentində reallığa uyğun olmayan tövsiyə xarakterli anti-Azərbaycan qətnamə layihəsi hökumətə təqdim edilib. Amma bu, Niderland parlamentinin mövqeyi deyil, daha çox ermənipərəst qüvvələrin maraqlarından çıxış etməsinin nəticəsidir. Eyni zamanda bəzi siyasi partiyalar xristian həmrəyliyi adı altında ermənilərə həmrəyliyini nümayiş etdirib. Fransadan fərqli olaraq qondarma Qarabağ Respublikasının tanınması və ümumilikdə Azərbaycan əleyhinə qanunun irəli sürülməsində Niderlandda bir neçə siyasi partiya iştirak edir”.
Bu sözləri Publika.az-a açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, politoloq Zaur Məmmədov deyib. O bildirib ki, Fransada Makronun başlığı altındakı partiyanın canfəşanlığını gördüksə, Niderlandda xristian ultra-sağçı, milliyyətçi və müxalif yönlü siyasətçi partiyalar fəallıq göstərir:
“Təbii ki, Azərbaycan Niderlandda, Belçika, Kanada, Fransa və digər ölkələrdə bəzi partiyaların ermənipərəst mövqe tutmasından xəbərdardır. Bu cür addımlarla açıq-aydın şəkildə erməni diasporunu müadafiə etməklə məşğuldurlar. Azərbaycan Avropanın müxtəlif ölkələri ilə, o cümlədən Niderlandla hər zaman münasibətlərinin inkişaf etdirilməsində maraqlıdır. Təəssüflər olsun ki, artıq bir neçə ildir Niderland anti-müsəlman və anti-türk addımlar atır. Buna bir neçə il əvvəl Türkiyə hökumət üzvlərinin Niderlanda gəlməsinə qadağa qoyulmasını misal çəkmək olar.
Niderland o ölkədir ki, 1990-cı illərin əvvəllərində məhz BMT-nin Niderland sülhməramlı kontingentinin fəaliyyətsizliyi və qorxaqlığı nəticəsində Bosniya və Herseqovinanın Srebrenitsa şəhərində 8300-dən çox insan soyqırıma məruz qalmışdı. İkinci Dünya müharibəsindən sonra dünyanın ayrı-ayrı ölkələrində Niderlandın müstəmləkə siyasətinin də acı nəticələrini görmüşük.
Amma Niderland və Fransadan fərqli olaraq Azərbaycan heç zaman digər xalqa qarşı təcavüzkar siyasət aparmayıb. 44 günlük müharibə də göstərdi ki, Azərbaycan çox səliqəli şəkildə hərbi əməliyyatlar apardı, mülki şəxslərə toxunmadan beynəlxalq hüququn bizə verdiyi hüquqlar çərçivəsində erməni hərbçilərini torpaqlarımızdan çıxardıq.
44 günlük müharibənin Ermənistanın məğlubiyyətilə bitməsi ilə barışmaq istəməyən bir sıra ölkələr elə bilirlər ki, orta əsrlər dövrüdür, Azərbaycanla Türkiyəyə qarşı səlib yürüşünə çıxmağa çalışırlar. Onların heç bir cəhdi alınmayacaq, qondarma Dağlıq Qarabağ yoxdur, torpaqlarımız işğaldan azad olunub”.
Aytən Məftun
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır









.jpg)




























