Qarabağ
Paşinyan Putinin arxasınca baxın nə işlər çevirib - Qarabağ məğlubiyyətinin ŞOK SƏBƏBİ BİLİNDİ
Ermənistan baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ müharibəsində Rusiyadan alınan elektron hərbi sistemlərin işləmədiyini etiraf edib.
Publika.az xəbər verir ki, o, 42 milyon dollar dəyərindəki sistemlərin işləməməsi səbəbilə Türkiyə istehsalı pilotsuz uçuş aparatlarının qarşısını ala bilmədiklərini dilə gətirib.
N.Paşinyan elektron sistemlərlə yanaşı, hava hücumundan müdafiə sistemlərinin çatışmazlığını da vurğulayıb: “Mütəxəssislərlə aparılan genişmiqyaslı görüşlərdən sonra alınan “Osa-AK” mobil yaxınmənzilli hava hücumundan müdafiə sistemlərinin qeyri-kafi fəaliyyəti və səmərəsizliyi haqqında bir neçə ay müzakirə edildi. Lakin o iddia edib ki, iyulda Tovuz hadisələrində və Qarabağ cəbhəsində bir çox hədəf məhz bu sistemlər sayəsində zərərsizləşdirilib.
Qeyd edək ki, Ermənistan sözügedən sistemlərlə Azərbaycan Ordusunun arsenalındakı “Bayraktar TB2” PUA-larını zərərsiləşdirməyi düşünürdü. Lakin işlər onların ümid etdiyi kimi getmədi və PUA-lar bölgədə erməni əsgərlərinə cəhənnəmi yaşatdı.
Xatırladaq ki, Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın kürəkəni olan sabiq Vatikan səfiri Mikael Minasyan dilə gətirilən silah ticarəti mövzusu Azərbaycanın vurduğu zərbələrdən sonra ölkədə ən çox müzakirəyə çıxarılan məsələlərdən biridir. Minasyan tərəfindən feysbukda paylaşılan bir videoda ermənilərin qanunsuz silahn ticarətinə daxil olduğu ifadə edilir. Belə ki, ermənilər Rusiyadan imtiyazlı şəkildə silah və təchizat alır, daha sonra üçüncü ölkələrə satır. Beləliklə, haqsız qazanc əldə etməyə çalışır.
Paşinyanın bu silah ticarətindən gəlir əldə etdiyi bildirilir. Sabiq səfir Müdafiə Nazirliyinin İordaniyadan müasirləşdirilmiş “K33M2 – OSA-AK” mobil sistemi adı altında köhnə və istifadəyə yararsız sistemlər aldığını və bunun üçün 27 milyon dollar ödəndiyini açıqlayıb. Minasyana görə, dövlət əslində daha az pul ödəyib. 27 milyonun böyük qismi Paşinyan və Qalstyan tərəfindən mənimsənilib. Paşinyan isə müharibədəki uğursuzluğunun günahını özündən əvvəlki hökumətlərin üzərinə yıxmağa çalışıb.
Zümrüd
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
















.jpg)




















.jpg)

.jpg)