Qarabağ
Sabiq baş komandandan sülhməramlılarla bağlı KRİTİK AÇIQLAMA
Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsi uzunmüddətli perspektivdə bölgədə sülhü təmin edəcək.
Publika.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurası Müdafiə və təhlükəsizlik komitəsinin sədri, Hava Kosmik Qüvvələrin keçmiş baş komandanı Viktor Bondarev TASS-a verdiyi müsahibəsində bildirib.
O, Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı missiyasının əhəmiyyətindən danışıb: “Rusiya ilk dəfə deyil ki, ən yaxın qonşularımız arasındakı münaqişələrin həllində əsas rol oynayır. Hər iki münaqişə tərəfinə dərin hörmət bəsləyirik və onlara yalnız müharibə şəraitində mümkün olmayan yaxşılıq və firavanlıq diləyirik”.
Bondarevə görə, Rusiya, Ermənistan və Azərbaycan arasındakı üçtərəfli razılaşma Dağlıq Qarabağda daha çox qan tökülməməsini təmin edib: “Dağlıq Qarabağdakı müharibənin bitməsindən hər kəs faydalanır. Ümid edirik ki, bu, uzun illərdir davam edən qarşıdurmanın dönüş nöqtəsi olacaq, eyni zamanda, bölgədə davamlı sülhün bərqərar olması üçün ilkin şərtlər yaradacaq. Əminəm ki, rus sülhməramlıları öz vəzifələrini şərəf və ləyaqətlə yerinə yetirəcək”.
Zümrüd
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
-
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
-
Rəsmi xronika27 Noyabr 11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı
-
Dünya27 Noyabr 11:18Müxalifət razılığa gəldi: Netanyahu hökumətinin sonu yaxınlaşır?
















.jpg)




















