Qarabağ
Ufuk Kamal: "İnformasiya və diaspor cəbhəsində savaşımızın yeni mərhələsi başlayır"
“Biz, xalqımıza və dövlətimizin başçısına bəyan etmək istəyirik ki, tarixi Vətənimizin, bütün sahələrdə qüdrətlənən Azərbaycan dövlətinin maraqlarına xidmət etməkdən qürur duyur və Vətənimizin mənafeyi üçün gördüyümüz ən xırda işə görə fəxarət hissi keçiririk”.
Publika.az xəbər verir ki, bu fikirlər Almaniyada yaşayan azərbaycanlılar adından yayılan bəyanatda yer alıb.
Köln Azərbaycan-Türk Kültür və Dayanışma Dərnəyinin sədri Ufuk Kamal Ufuk bildirib ki, dövlətimizin, xalqımızın maraqlarını qorumaq, şanlı ordumuza dəstək göstərmək, harada yaşamasından asılı olmayaraq, hər bir soydaşımızın mənəvi və vicdani borcu, qədim və şanlı tariximiz qarşısında şərəfli bir missiyasıdır:
“Hətta Azərbaycan dövləti tərəfindən heç bir maddi və mənəvi dəstəyi gözləmədən də hər birimiz, hər zaman ölkəmizə öz xidmətini, dəstəyini nümayiş etdirməyə, haqlı mövqeyimizi dünyaya çatdırmağa, xüsusən də Vətənimizin hərbi və siyasi meydanda mübarizə apardığı dönəmdə var gücünü birləşdirməyə borcluyuq. Bu, bir minnət, bir ehtiram deyil, ürəyimizdən gələn Vətən naminə bir vəfa borcu, əsil-nəcabətə bağlılıq rəmzidir.
Vətən Müharibəsi göstərdi ki, ölkəmiz üçün həlledici tarixi dönəmdə bizlər, təmənnasız olaraq, heç bir şəxsi maraq güdməyərək öz vəfa borcumuzu, Vətənimizə bağlılığımızı nümayiş etdirdik, dövlətimizin, onun rəhbərinin və ordumuzun yanında dayandıq”.
Ufuk Kamal Ufuk “çox qürurvericidir ki, hər zaman olduğu kimi, bu vacib dönəmlərdə də Azərbaycan dövləti, Diasporla İş üzrə Dövlət Komitəsi də bizim yanımızda oldu, yolumuza işıq tutdu, maddi, mənəvi dəstəyini göstərdi”, - deyə əlavə edib:
“Biz - Almaniyada fəaliyyət göstərən azərbaycanlılar olaraq Vətənin ağır və şərəfli dönəmində gördüyümüz işləri dəyərləndirərək bir sıra üzvlərimizin və soydaşlarımızın “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltif edilməsinə və Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən “Təşəkkürnamə”lərin təqdim edilməsinə görə dərin minnətdarlığımızı bildiririk.
Döyüş meydanında müharibəmiz bitsə də, informasiya və diaspor cəbhəsində savaşımızın yeni mərhələsi başlayır. Biz 44 gün ərzində göstərdiyimiz birlik və həmrəyliyi gücləndirərək fəaliyyətimizi daha mütəşəkkil, zəfər əhval-ruhiyyəsi ilə davam edəcəyik. Bizim - Azərbaycanı sevənlərin Vətən üçün gördüyü kiçik işlərə verdiyiniz yüksək dəyərə görə, dərin təşəkkürmüzü bildirir, hər zaman dövlətimizin, ölkə başçısının yanında olduğumuzu vurğulayırıq. Dünya Azərbaycanlılarının Həmrəyylik Günü və Yeni iliniz mübarək olsun!”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)






















.jpg)
.jpg)
