Qarabağ
Şahbaz Quliyev: O səs hələ də qulağımdan getmir
Prezident İlham Əliyevə ailəmiz adından tərəfindən təşəkkür edirəm. Qarabağ Azərbaycanındır. Biz dədə-babamızın qəbirlərini ziyarət edərkən girov düşdük. Mən Dilqəmgildən əvvəl əsir götürüldüm. Qol qırıq, baş qırıq, ciyərlərimi ödümə kimi dağıtmışdılar. Axşam yatmağa qoymurdular. Çarpayının altına elə şey qoymuşdular ki, onun səsi adamı yatmağa qoymurdu. O səs hələ də qulağımdan getmir.
Publika.az xəbər verir ki, bu sözləri keçirilən mətbuat konfransında 6 il düşmən girovluğunda qalmış Şahbaz Quliyev deyib. "Onların qondarma “Milli Təhlükəsizlik Nazirliyi” gecə dubinkaları belimizdə qırıblar. Bunların fikri beləydi ki, biz guya Azərbaycan tərəfindən divarsant kimi göndərildiyimizi deyək. Son günə qədər də bu sözü deməyimizi istəyirdilər. Qolum qırıq idi, gips qoymağa icazə vermədilər. Dedilər ki, ehtiyac yoxdu. Bir müddət sonra qırıq əlimə gips qoydular. Deyirlər üstünü görsənməsin. Beynəlxalq Qırmızı Xaç Komitəsinin üzvlərini qovdular ki, əlimi görməsinlər. Deyirdilər yazdığın məktubda o barədə heç nə yazma. Mənə 22 il həbs cəzası verildi. Şuşada bizə çox pis baxırdılar. Sonra Azərbaycanın təzyiqi ilə Qırmızı Xaç Komitəsi bizə qarşı münasibəti dəyişdi. Şəhid analarının qarşısında baş əyirəm, Azərbaycan xalqını təbrik edirəm. Ümidimiz var idi, qayıdacağıq. İlham Əliyevin dəmir yumruğu bütün Ermənistanı silkələdi. Hələ 50 il sonra, 100 il sonra da erməni söz deyə bilməyəcək. Laçın, Kəlbəcər, Ağdama bir güllə atılmadan geri qaytarıldı. Ali Baş Komandanımıza təşəkkür edirəm".
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
















.jpg)




















.jpg)

.jpg)