Qarabağ
Dəmir Yumruq yerindədir və o istənilən vaxt... - POLİTOLOQ
Prezident İlham Əliyev dünənki müşavirədə Ermənistan ərazisindən Azərbaycan ərazisinə keçərək terror törətməyə cəhd göstərən partizan qruplarına və ölkə rəhbərliyinə bir daha mesaj göndərdi və bildirdi ki, ağlınıza başınıza yığın. Dəmir Yumruq yerindədir və o istənilən vaxt başınıza enə bilər. Məsələ bundadır ki, biz hələ Qarabağ ərazilərinə qaçaq-quldur dəstələrini partizan adı altında göndərənlərini tam aydnlaşdıra bilməmişik.
Bu sözləri Publika.az-a açıqlamasında politoloq Qabil Heseynli deyib. Politoloq qeyd edib ki, Rusiya sülhməramlıları bu dəstələrin əvvəlcədən həmin ərazilərdə qalıb gizləndiyini iddia edir:
“Onlar həqiqətən də partizan müharibəsi vəziyyəti yaratmağa çalışırlar. Azərbaycanın xüsusi xidmət orqanları bu qaçaq-quldur dəstəsinin Laçın koriduru vasitəsilə bölgəyə sızdığını bilir. Bütün proseslər Laçından başlayır, hətta bəziləri Xankəndinə gələrək oradan digər ərazilərə yayılır. Bu istiqamətdə artıq bir neçə əməliyyat keçirilib və bu əməliyyatlar nəticəsində onlar əsir götürülüb. Azərbaycan ordusunun xüsusi təyinatlı hissələri əməliyyatları davam etdirərək ərazini həmin diversiya qruplarından təmizləməyə çalışırlar. Xeyli dərəcədə də buna müvəffəq olublar.
Bütün bunlara baxmayaraq bu məsələni birdəfəlik həll etməyin yolu Laçın koridoru üzərindən Azərbaycanın nəzarətinin təmin edilməsi və ya nəzarət prosesində ruslarla birlikdə iştirak etməkdir. Moskva görüşü gözlənilir, həmin görüşdə Azərbaycan Laçın koridoruna nəzarət məsələsini kəskin şəkildə müzakirəyə çıxaracaq və çalışacaq ki, müsbət irəliləyişlərə nail olsun. Əks təqdirdə bölgədə bunun cavabı sərt olacaq və Ermənistan böyük ptoblemlə üzləşəcək”.
Aytən Məftun
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)






















.jpg)
.jpg)
