Qarabağ
Moskva görüşü Ermənistanı AYAĞA QALDIRDI - Qarabağ müqaviləsinin DETALLARI/VİDEO
Video əlavə olunub.
xxx
Ermənistanın keçmiş ədliyyə nazirinin müavini, "Legal Way" insan haqları təşkilatının rəhbəri Ruben Melikyan xalqını təcili piket keçirməyə çağırıb.
Publika.az xəbər verir ki, feysbuk səhifəsindən canlı yayımla çıxış edən Melikyan bu gün saat 12:00-da Azərbaycanla imzalanması planlaşdırılan müqavilə ilə bağlı Ədliyyə Nazirliyindən açıqlama tələb etmək üçün yığışmağı tələb edib.
Qeyd edək ki, Ermənistanın bəzi teleqram kanalları baş nazir Nikol Paşinyanın 11 yanvar tarixində Moskvada Dağlıq Qarabağ və ətraf ərazilərinin Azərbaycanın nəzarətinə geri qayıtmasının rəsmi şəkildə təmin edilməsi, Naxçıvan Muxtar Respublikasını Azərbaycanla birləşdirən nəqliyyat dəhlizinin açılması, eləcə də erməni qoşunların Qarabağdan çıxarılmasını ehtiva edən müqavilə imzalanacağı barədə məlumat yayıb. Müqavilə layihəsinin artıq hazır olduğu və məzmununu ölkə konstitusiyasına uyğunlaşdırmaq üçün gizli şəkildə Ədliyyə Nazirliyinə göndərildiyi iddia edilir.
Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Lusin Martirosyan iddiaları təkzib etsə də, Ermənistan ictimaiyyəti buna inanmır.
Qeyd edək ki, 11 yanvarda Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək.
Zümrüd
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu





























.jpg)







.jpg)


