Qarabağ
Onların hamısı döyüşə Vətən, xalq, dövlət üçün getmişdi - Emin Həsənli
“Bu adamların hamısı döyüşə Vətən, xalq, dövlət üçün getmişdi. Təltif məsələsində də haqqı olan adamların hamısı qiymətləndirilməlidir. Bu boyda böyük işin içərisində xırda nöqsanlardan da qaçmaq olmaz. Amma bunun da qaydası var. Müdafiə Nazirliyinə, ordu rəhbərliyinə, hərbi hissə komandirinə müraciətlər olsa, məktublar göndərilsə və bunlar əsaslandırılsa, daha yaxşı olar. Bu məsələlərin sosial şəbəkələrdə müzakirəsi doğru deyil. Bu cür yanaşmanı düzgün hesab etmirəm”.
Bunu Publika.az-a açıqlamasında Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli deyib. Ekspertin fikrincə, medal və mükafatlar döyüşçülərimizin haqqıdır, döyüşüblər. Amma bunu başqa məramlar, eləcə də siyasi məqsədlər üçün istifadə doğru deyil:
“Ordu müqəddəsdir. Bu mövzuda iqtidar-müxalifət münasibətlərindən istifadə doğru deyil. Ən yüksək status şəhiddir, sonra da qazidir. Əsgər, ordu bizim üçün bayraq qədər, dövlət qədər əzizdir. Hamımız bunu qorumalıyıq. Elə bir iş, sahə yoxdur ki, orada hansısa çatışmazlıq, nöqsan olmasın. O ki, qaldı 100 mindən artıq insanın iştirak etdiyi qısamüddətli prosesdə hamının haqqının qısa zamanda verilməsinə, buna zaman lazımdır. Hamı haqqını alacaq. Bir az geci-tezi var. Ali Baş Komandanın, cənab Prezidentin də iradəsi budur”.
Emin Həsənli əlavə edib ki, SSRİ-nin dağılmasına baxmayaraq, hələ də sovetlər dönəmindəki müharibələrdən medallar gəlir:
“Bizdə də qələbənin 1-ci, 5-ci, 10-cu ildönümləri olacaq. İndiki dönəmdə döyüşlərdə iştirak etmiş adamlar yenidən araşdırılıb orden və medallarla təltif ediləcək. Orada müddət qoyulmur ki, orden və medallar verildi, vəssalam, belə şey yoxdur. Qarabağ müharibəsinin ilkin illərində elə şəxslər var idi ki, daha sonralar – elə bu ilin özündə mükafatlandırıldı. Məsələlərə bu cür baxmaq lazımdır. Bir daha təkrar edirəm, hər bir kəs öz haqqını alacaq. Polad Həşimov, İlqar Mirzəyev iyul ayında qəhrəmancasına şəhid olmuşdu, amma dekabrda mükafatlandırıldılar. Heç kəs düşünməsin ki, kimsə yaddan çıxıb, unudulub. Belə bir şey ola bilməz. Dövlətin qeydində heç kim unudulmur, heç nə yaddan çıxmır”.
İctimai Birliyin sədri onu da vurğulayıb ki, bu vaxta qədər 90 minə qədər şəxs mükafatlandırılıb. O əlavə edib ki, proses hələ də davam edir: “Qarşıdakı günlərdə də prosesin davam edəcəyi bildirilir. Bəzi döyüşçülərin mükafatlandırılmamasının müxtəlif səbəbləri var. Bu boyda prosesdə xırda nöqsanlar qaçılmazdır. Nə qədər etsən də, olacaq. Bu məsələ ilə bağlı ciddi araşdırma gedir. Kimlərin haqqı varsa, onların haqları, əməkləri qiymətləndiriləcək”.
Tural Turan
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ
-
MDB4 Noyabr 23:00Məşhur teleaparıcı 77 yaşında vəfat etdi - FOTO
-
Magazin14 Noyabr 22:24“Aygün xanımla aramızda soyuqluq var idi”
-
Sosial4 Noyabr 21:00Azərbaycanda bu rayon ləğv olunur?
-
ABŞ4 Noyabr 19:00Abortdan imtina edən 18 yaşlı sevgilisini AMANSIZCASINA QƏTLƏ YETİRDİ





































