Qarabağ
Qarabağda idman infrastrukturu da bərpa olunacaq – Ağacan Abıyev
“İlham Əliyev həm dövlət rəhbəri, həm də Milli Olimpiya Komitəsinin prezidenti kimi ölkə idmanının inkişafına ikiqat töhfələr verib. Cənab Prezidentin rəhbərliyi altında işğaldan azad olunmuş ərazilərdə idman infrastrukturu da bərpa olunacaq. Bu vaxta qədər həmin ərazilər bədnam və mənfur qonşularımızın işğalı altında idi. İndi işğaldan azad edilib və orada olimpiya idman hərəkatının inkişafı üçün böyük zəmin yaranıb”.
Bunu Publika.az-a açıqlamasında Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, professor Ağacan Abıyev deyib. O bildirib ki, sovetlər dönəmində Bakı, Gəncə, Lənkəran, Quba, Neftçala ilə yanaşı, Qarabağ bölgəsində də idman hərəkatı geniş vüsət almışdı:
“Xatirimdədir, 1965-70-ci illər idi. Şuşada ölkə əhəmiyyətli turnir keçirilirdi. Mən də o yarışlarda iştirak etdim. İlk dəfə idi ki, Qarabağda olurdum. Xatirimdə gözəl təəssüratlar qalıb. Boks sahəsindən danışarkən Ağdam məktəbini xüsusi qeyd etməliyəm. Olimpiya mükafatçımız Ağası Məmmədov da həmin məktəbin yetirməsidir. Qarabağda güləş, boks və digər idman növləri inkişaf etdirilməlidir. Bizim gözəl idman ənənələrimiz olub. İlk növbədə alətlərsiz idman növlərinin inkişafına diqqət yetirilməlidir. Bunun üçün elə bir vəsait də lazım deyil ki, alətlərə pul xərcləyəsən. İdmançı, müəllim olsa, bəsdir”.
Ağacan Abıyev hesab edir ki, Qarabağda idmanın inkişafı o bölgədən olan gənclərimizdə sağlam bədəndə sağlam ruh yaradacaq:
“Eyni zamanda həmin idmançılarımız beynəlxalq yarışlarda mənfur qonşularımızla üz-üzə gələcəklər və onları məğlub edəcəklər. Artıq o torpaqlar bizim nəzarətimizə qayıdıb. Bu vaxta qədər işğal altında olduğu üçün biz orada idman hərəkatını yaya bilmirdik. İndi hər şey dəyişib. Cənab Prezidentimizin rəhbərliyi altında orada yeni idman qurğuları tikiləcək. Ən müasir idman məkanları fəaliyyət göstərəcək”.
Tural Turan
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı





























.jpg)



.jpg)

