Qarabağ
2021-ci il Qarabağın quruculuq ili olaraq tarixə düşəcək – Deputat
“Ötən il Azərbaycan xalqı ölkəmizin iki minillik tarixinə növbəti zəfər salnaməsini yazdı. Sözsüz ki, bu zəfər salnaməsinin yazılmasında müzəffər Ali Baş Komandanımızla müzəffər ordumuzun, o torpaqlar uğrunda canından keçən şəhidlərimizin, sağlamlıqlarını bizim üçün fəda etmiş qazilərimizin əvəzsiz rolu danılmazdır, onlar bizə bu zəfəri bəxş etdilər. 2020-ci il torpaqlarımızın işğaldan azad olunduğu il kimi, 2021-ci il də həmin ərazilərdə böyük quruculuq ili kimi tarixdə qalacaq”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib. Millət vəkili bildirib ki, 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunsa da, Qarabağın intibahı ili olaraq tarixə düşəcək:
“Bu il Qarabağ cənab Prezidentin dediyi kimi, dünyanın ən dilbər guşələrindən birinə çevriləcək. Füzuli rayonunda beynəlxalq aeroport inşa olunacaq, artıq bununla bağlı məlumat da informasiya resurslarında yayılıb. Şuşada kiçik ölçülü helikopterlər üçün eniş zolaqları, aerodrom inşa olunacaq. Bundan başqa, yol infrastrukturu əsaslı şəkildə qurulacaq. Dəmir yolu xətləri çəkiləcək. Hələ müharibənin getdiyi bir vaxtda Suqovuşana yol çəkildi. Ölkə Prezidenti müharibə bitməmiş müvafiq dövlət strukturlarına göstəriş vermişdi ki, hər bir dövlət qurumu işğaldan azad olunmuş ərazilərimizlə bağlı öz layihələrini təqdim etsin. Artıq həmin ərazilərdə Türkiyə, İtaliya şirkətləri layihələr üzərində işə başlayıb. Hətta bəzi şirkətlərlə bu məsələ ilə əlaqədar müqavilələr də imzalanıb”.
Məlahət İbrahimqızı vurğulayıb ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın standartları həmişə hədsiz dərəcədə yüksək olub:
“Qarabağ da bu cür yüksək standartlarla yenidən qurulacaq. Qoy beynəlxalq aləm Azərbaycanın dünya sivilizasiyasına hansı töhfələri verdiyini görsün. Möhtərəm Prezidentimiz dünyaya sübut edəcək ki, 30 il erməni terrorçularının “yuvası” olmuş, narko-biznesin, transmilli cinayətkarlığın yuvasına çevrilmiş həmin ərazilər qısa müddət ərzində necə də gözəl inkişaf yoluna qədəm qoyub. Qarabağda turizm yüksək səviyyədə inkişaf etdiriləcək. Son müşavirədə də ölkə başçısı bu barədə fikirlərini səsləndirdi. Qarabağ beynəlxalq səviyyədə turizm məkanına çevriləcək. Həyata keçirilən layihələr də beynəlxalq standartlara cavab verəcək. Bütün bunlar dünyaya Azərbaycan xalqının necə tərəqqipərvər, sülhsevər, dostluq və əməkdaşlığa, iş birliyinə açıq, etibarlı olmağını sübut edəcək”.
Millət vəkili deyib ki, Qarabağda həyata keçiriləcək layihələrin açılış günləri də məlumdur:
“Artıq möhtərəm Prezidentimiz Şuşada “Xarı bülbül” festivalı, Vaqif poeziya günləri və bu kimi mədəniyyət tədbirlərinin keçirilməsi ilə bağlı göstərişlərini verib. Hətta dekabr ayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan burada olarkən bildirildi ki, ən yaxın vaxtlarda cənab Prezidentlə onların Şuşaya birgə səfəri gözlənilir. Bu səfərin işğaldan azad edilmiş ərazilərdə müəyyən işlərin, layihələrin başa çatmasından sonra gerçəkləşəcəyini söyləmək olar. Bütün bunlar onu deməyə əsas verir ki, artıq Qarabağda, Şuşada həyata keçiriləcək layihələrin açılış günləri də məlumdur. Oraya yüksək səviyyəli ali qonaqların səfərləri də nəzərdə tutulub”.
Tural Turan
-
Sosial20:00
Pensiya alanların NƏZƏRİNƏ: ödəniş yekunlaşdı
-
Avropa19:48
Qızın adından görüşə dəvət edib başına elə oyun açdılar ki... - 7 nəfərdən DƏHŞƏTLİ ƏMƏL
-
Mistika19:24
Ərə getmək istəyən qadın falçıya yazdı, 22 mini getdi: "Mənimlə evlənəcəksən"
-
Magazin118:36
“DNT testi verib sübut edəcəyəm ki, uşağın atası mənəm” - FOTO
-
İdman18:24
Soyuqdan qorxan futbolçu görün hansı üsula əl atdı
-
Rəsmi xronika17:48
İlham Əliyev fərman imzaladı
-
MDB17:20
Putin Qazaxıstanda bu məsələni qaldıracaq: əgər hücum olarsa...
-
Rəsmi xronika16:10
Prezident onları təltif etdi