Qarabağ
Şuşanın hər məhəlləsində bir məscid var idi - Aqil Şirinov
“Prezident və ailəsinin Şuşanı ziyarət etməsi Azərbaycan xalqı üçün simvolik məna daşıyır. Çünki Şuşa mədəniyyətimizin mərkəzi olub. Şuşanın simvolu isə Gövhərağa məscididir. Dövlət başçısının oranı ziyarət etməsi və “Qurani-Kərim” bağışlaması, məscidə ayaqqabılarını çıxararaq daxil olması mənəvi dəyərlərə göstərdiyi ehtiramın nümunəsidir”.
Bu sözləri Publika.az-a açıqlamasında Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov deyib. O bildirib ki, İlham Əliyevin Şuşaya getməsi tarixi hadisədir:
“Bakıdakı erməni kilsəsi və onun içində olan kitablar dövlət tərəfindən hər zaman qorunur. Bu, Azərbaycan xalqının və dövlətinin digər dinlərə və onların məbədlərinə qarşı dəyərinin göstəricisidir. Bunun müqabilində Ermənistan İrəvandakı bütün məscidlərimizi dağıtdı, bir məscid isə digər xalqların adı ilə bərpa olundu. Şuşa şəhərində də məscidlərin əksəriyyəti məhv olunub. Şuşanın hər məhəlləsində bir məscid var idi. Bu məscidlərin əksəriyyəti dağıdıldı. Bir qismi tamamən yararsız vəziyyətə salındı. Sadəcə Gövhərağa məscidi dağıdılmasa da, çox pis vəziyyətdə saxlanılmışdı. Bu gün biz bu məscidin ciddi restavrasiyaya ehtiyacı olduğunu görürük.
Bütün bunlar onu göstərir ki, erməni və Azərbaycan cəmiyyətində başqa dinlərə və onların məbədlərinə göstərdiyi ehtiram kəskin şəkildə fərqlənir. Biz həmişə tolerant yanaşmışıq, Ermənistanda isə başqa dinlərə və məbədlərinə qarşı aqressiv münasibətin öz əksini tapdığını görürük. Orada ancaq qriqoryanlıq hakimdir, başqa din və məzhəblərə qarşı münasibət müsbət deyil”.
Aytən Məftun
-
İdman08:12PSJ azarkeşləri ilə polis arasında toqquşmalar: yaralılar var - Yeniləndi
-
Magazin206:16Ulduzların "İtaliya nağılı" - Toyun detalları bəlli oldu
-
Səhiyyə05:15Qonşu ölkədə seksoloq vəzifəsi ləğv edildi
-
Maraq dünyası04:14Paltar yuyarkən yol verilən 5 SƏHV - "Yumruq qaydası" nədir?
-
Avropa03:13Parad məşqindən qaçan atlar şəhəri qarışdırdılar - Yaralılar var / VİDEO
-
Magazin100:15Əməkdar artistin nəvəsi ailə qurur - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bəzi sirlər qarşınıza çıxa bilər
-
Sosial30 May 23:00Sabah bu qəsəbənin bir hissəsi işıqsız qalacaq




























.jpg)










