Qarabağ
Yaralı qazi protezlə, ailəsi isə işlə TƏMİN EDİLDİ - FOTO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əməkdaşları Vətən müharibəsində yaralanmış Seyidəkbər Vaqif oğlu Xalıqov (Bakının Sabunçu rayonu) və ailəsi ilə görüşüblər.
ƏƏSMN-dən Publika.az-a verilən məlumata görə, qazinin özü, valideynləri və biri azyaşlı olan iki qardaşından ibarət olan ailənin istəyi nəzərə alınmaqla, Seyidəkbərin anası ödənişli ictimai işlə təmin edilib. Atası çilingərlik, qazi özü və qardaşı isə şirniyyat istehsalı üzrə kiçik biznes sahələrini yaratmaları üçün özünüməşgulluq proqramına cəlb olunublar. Yaxın günlərdə proqramın dəstəyi olaraq onlara bütün lazımi avadanlıqlar veriləcək. Beləliklə, ailənin məşğulluq məsələsi həll olunub.
Müharibədə ağır yaralanaraq bir ayağı amputasiya olunmuş qazinin yüksək texnologiyalı protezlə təmin edilməsi də qərara alınıb.
Bununla bağlı olaraq, Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində Seyidəkbərin ilkin müayinəsi aparılıb. Ölçülər götürülüb, müvafiq təlimatlar verilib. Protezləşməyə hazırlıq prosesindən sonra qazi yüksək texnologiyalı protezlə təmin ediləcək.
Qaziyə əlillik təyin olunmaqla ona sığorta ödənişi, hər ay təqaüd və sosial müavinət də ödəniləcək.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur




































.jpg)
.jpg)

