Qarabağ
Paşinyan erməni ordusunun pullarını buna xərcləyib - Müharibənin 22-ci günündən sonra...
Ermənistan silahlı qüvvələri ordunu şouya çevirmək kimi mənasız hərəkətlərini davam etdirərək müharibədə Türkiyə istehsalı “Bayraktar” PUA-larına lazımi reaksiya vermədi.
Publika.az xəbər verir ki, bunu Ermənistanın sabiq müdafiə nazirinin müavini Artak Zakaryan tabeliyində çalışdığı David Tonoyanın keçirdiyi mətbuat konfransında çıxışını şərh edərkən deyib.
O, Tonoyandan tamamilə fərqli xarakterli açıqlamalar gözlədiyini bildirib: “Nazir müharibənin bizim üçün məğlubiyyətlə bitən nəticəsini əvvəlcədən təyin etmiş qərarlardan birbaşa cavabdehdir. 44 günlük müharibə ilə bağlı bir çox sual açıq qalıb. Tonoyandan müdafiə idarəsinin 2,5 illik fəaliyyətinin qiymətləndirilməsini, səhvlərin təhlilini, danışıqlar prosesinin təsiri barədə şərhləri və müharibəni qızışdırmağa yönəlmiş siyasi açıqlamaların təhlilini gözləyirdik. Amma onun müsahibəsi “heç bir şey haqqında olmayan bir söhbətdir”. Dövlət rəsmiləri arasında özünümüdafiə üçün açıqlamalar vermək çox dəbli hala çevrilib”.
Zakaryana görə, məğlubiyyətin əsas səbəbi hərbi-siyasi məsələlərdə tamamilə səriştəsiz olan “ali baş komandan”ın birbaşa müdaxiləsi və məsləhətidir: “Ermənistan ordusuna müasir silahlar almaq üçün ayrılmış pullar Nikolun özünü yaxşı hiss etməsinə xərcləndi: təyyarə, çiyələk, yemək, su və sair”.
Onun sözlərinə görə, Ermənistanın hazırkı hakimiyyət orqanları bunu etməklə camaatın başının altına yumşaq yastıq qoydu.
Müharibənin həqiqi gedişatına gəlincə, keçmiş nazir müavini hesab edir ki, ilk 22 gündə Ermənistan ordusu döyüş tapşırıqlarını yerinə yetirirmiş. Lakin sonra Ermənistan hakimiyyəti bu məsələdə ictimaiyyəti aldatmağa başlayaraq silahlı qüvvələrin məhvini gizlətdi.
Qeyd edək ki, bundan əvvəl Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan məşhur “yeni müharibə - yeni ərazilər” ifadəsi ilə bağlı ona qarşı ittihamlara münasibət bildirmişdi.
Zümrüd
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi














.jpg)




















.jpg)

.jpg)
