Qarabağ
Xüsusi nümayəndə institutu özünü doğruldacaq - Deputat
“Ölkə başçısının Şuşaya xüsusi nümayəndəsini – Aydın Kərimovu təyin etməsi Azərbaycan idarəetmə sistemində yenilikdir. Hesab edirəm ki, bu yeni model işğaldan azad olunmuş ərazilərin bərpası, orada məskunlaşmanın aparılması, ermənilərin viran qoyduqları şəhər və rayonların operativ şəkildə bərpası, kommunikasiya və infrastruktur layihələrinin birbaşa cənab Prezidentin rəhbərliyi ilə icra olunması baxımından çox əhəmiyyətlidir”.
Bunu Publika.az-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib. Millət vəkili hesab edir ki, indiki halda Şuşaya və gələcəkdə işğaldan azad edilmiş digər rayonlara xüsusi nümayəndənin təyin olunması problemlərin nəzərdə tutulandan daha tez, eyni zamanda daha keyfiyyətli şəkildə həllinə xidmət edəcək:
“Cənab Prezident yeni nümayəndəyə konkret olaraq öz tövsiyə və tapşırıqlarını verdi. Bunlar ilk növbədə Şuşa şəhərinin yenidən qurulması, bərpası, mədəniyyətin, tarixi irsimizin qorunub saxlanması, yeni tikiləcək binaların müasir dünya standartlarına uyğun olmasıdır. Burada ölkə başçısının strategiyası ondan ibarətdir ki, Şuşa və işğal altında olmuş digər rayonlar “ağıllı şəhər”, “ağıllı kəndlər” prisipi ilə tikilməli, bərpa olunmalıdır. Fikrimcə, bu cür layihələr gələcəyə hesablanıb”.
Nəsib Məhəməliyev qeyd edib ki, aparılan yenidənqurma işləri dünya miqyasında azərbaycanlıların bir xalq olaraq ekologiyaya, ətraf mühitə, bəşəriyyətə verdiyi töhfələrin nədən ibarət olduğunu real şəkildə göstərəcək:
“Ermənilər 30 il ərzində dağıtdılar. Təbiəti viran qoydular, tarixi abidələri məhv etdilər. Mədəniyyət abidələrinə divan tutdular. Eyni zamanda, dini abidələri – təkcə İslam dininə məxsus abidələri yox, eləcə də xristian dininə mənsub olan kilsələri yerlə-yeksan ediblər. Ermənilər öz vəhşiliklərini mümkün olan qədər göstəriblər. Azərbaycanın timsalında ekoloji cəhətdən “ağıllı şəhər”, “ağıllı kəndlər” qurulacaq. Cənab Prezident də Aydın Kərimovu qəbul edərkən bunları söylədi. Ətraf mühit yaxşılaşacaq. Bu baxımdan hesab edirəm ki, xüsusi nümayəndə institutu özünü doğruldacaq. Bu, Azərbaycanın yeni modelidir”.
Tural Turan
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)






















.jpg)
.jpg)
