Qarabağ
Elçin Mirzəbəyli - Himnimizdə gəncliyin adı xüsusi vurğulanır
Vətən müharibəsində Azərbaycan gənclərinin üzərinə çox böyük yük və məsuliyyət düşürdü. Onlar bu yük və məsuliyyətin öhdəsindən şərəf və ləyaqətlə gəldilər. Gənclik bizim gələcəyimiz və fəxrimizdir.
Bu sözləri Publika.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib. O bildirib ki, Azərbaycan gəncliyinin bu gün önə çıxması gənc Azərbaycan dövlətini simvolizə edən çox önəmli faktordur:
“Təsadüfi deyil ki, himnimizdə də məhz gəncliyin adı xüsusi vurğulanır. Azərbaycanın mental xüsusiyyətlərində, eyni zamanda dövlətçilik ənənələrində gənclik hər zaman ön planda olub. Bundan sonra da şübhəsiz ki, belə olacaq. Cənab Prezident dövlətçilik ənənələrindən çıxış edərək Azərbaycan gəncliyinə etimad göstərir.
Nəsillər dəyişir və müəyyən mərhələdə gənclər önə çıxır. Ölkənin, xalqın taleyi ilə bağlı məsələlərdə məsuliyyətin əhəmiyyətli hissəsi onların üzərinə düşür. Vacib şərtlərdən bir də təcrübəli insanlarla, yaşlı və orta yaşlı nəsillə gənclik arasındakı mənəvi körpülərin qırılmamasıdır. Bu, vacib faktorlardan biridir. Dövlətçilik ənənələrində vərəsəlik prinsipinin pozulması nəticə etibarı ilə dövləti ciddi problemlərlə qarşı-qarşıya qoyur, ənənələri sıradan çıxarır. Nəsillər arasındakı körpünün sıradan çıxması toplumun, xalqın yeni nəslini keçmişindən, tarixindən ayırır və silahsızlaşdırır. Düşünürəm ki, Azərbaycan gəncliyi dövlətimizin, xalqımızın dinamik və çevik hərəkət edən hissəsidir. İnkişafımızın yeni mərhələsində onların üzərinə böyük yük düşür. Amma bütün məqamlarda birlikdə güclü olduğumuz kimi, gənc, orta və yaşlı nəslin nümayəndəsi olaraq birlikdə güclüyük və hədəflərimizə doğru birlikdə addımlamalıyıq”.
Aytən Məftun
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur




































.jpg)
.jpg)

