Qarabağ
Kürdəmirdə şəhid tankçının barelyefinin açılışı oldu - FOTO
Kürdəmirdə şəhid baş leytenant, tank komandiri Fərrux Baxış oğlu Hüseynovun evinin önündə barelyefinin açılışı olub.
Publika.az xəbər verir ki, açılış mərasimində torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxışlarda şəhid zabitin keçdiyi döyüş yolundan, erməni işğalçılarına qarşı döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan danışılıb.
Vurğulanıb ki, Fərrux Hüseynov Kürdəmirdə doğulub boya-başa çatıb. Vətən sevgisi gənc yaşlarından onu hərbçi olmağa, Silahlı Qüvvələrimizin sıralarında qulluq etməyə ruhlandırıb. Ötən il sentyabırın 27-də başlanan Vətən müharibəsində tankçı kimi döyüşlərə atılıb. Füzuli istiqamətində gedən döyüşlərdə iki dəfə yaralansa da, mübarizəsini davam etdirib. Noyabrın 9-da Xocavənd istiqamətində gedən ağır döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv edib, özü isə qəhrəmancasına şəhid olub.
Şəhid zabitimiz ölümündən sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən medallarla təltif edilib.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur




































.jpg)
.jpg)

