Qarabağ
Şəhid leytenant Akara verdiyi sözü yerinə yetirdi - Nazirdən ÖRNƏK JEST
Türkiyə Milli Müdafiə Nazirliyi Qarabağ müharibəsində şəhid olan tankçı leytenant Valeh Məmiyevin ailəsinə məktub ünvanlayıb.
Publika.az xəbər verir ki, məktubu Azərbaycan Müdafiə Nazirliyinin nümayəndəsi Abdulla Qurbani ailənin yaşadığı Yardımlı rayonunun Kürəkçi kəndinə aparıb.
Hulusi Akar məktubunda “Şanlı Azərbaycan Ordusunun Ermənistanın işğalı altındakı torpaqlarını azad etdiyi 44 günlük dastanvari mübarizəsində ağır yaralanan leytenant Valeh Məmiyevin şəhid olması bizi dərindən kədərləndirib. Leytenant Valeh Vətən torpağını işğaldan azad edəcəyinə dair verdiyi sözü yerinə yetirib, Qubadlı rayonu ərazisinin azad edilməsindən sonra şəhidlik zirvəsinə ucalıb. Şəhid və qazilərimizin cəsarət, qəhrəmanlıq və fədakarlıqları əsla unudulmayacaq” sözlərini qeyd edib.
Məktubunda Türkiyənin bütün imkanları ilə sonuna qədər Azərbaycanın yanında olacağını bildirən Akar Məmiyev ailəsini Türkiyəyə dəvət edib.
Polkovnik Abdulla Qurbani ailə üzvləri və kənd camaatı ilə birlikdə şəhidin məzarını ziyarət edib.
Qeyd edək ki, leytenant Məmiyev 13 avqust 2020-ci ildə Azərbaycanda təşkil edilən Türkiyə-Azərbaycan Həqiqi Atəş Birgə/Müştərək Tabor Vəzifə Qüvvələri Təlimində uğurla çıxış edən əsgərlərdən biri olmuşdu. Təlimdən sonra Akar Məmiyevə mükafat təqdim etmiş, onunla foto çəkdirmiş və qısa söhbət etmişdi.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Məmiyev Akara “Biz Ali Baş Komandanın əmrini gözləyirik. Əmr gəldiyi andan torpaqlarımızı azad edəcəyik və sizin istəyinizi yerinə yetirəcəyik” sözünü vermişdi.
Qubadlı istiqamətində gedən döyüşlərdə yaralanan leytenant “mən artıq məqsədimə çatdım. Qardaş Türkiyənin Müdafiə naziri Akara verdiyim sözün üstündə durdum. Vətən sağ olsun” demiş və bir müddət sonra həyata gözlərini əbədi yummuşdu.
Zümrüd
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur




































.jpg)
.jpg)

