Qarabağ
Xocalı soyqırımının şahidi: Ermənilər başımı kəsmək istəyəndə...
XX əsrin ən qanlı və amansız soyqırımından 29 il ötür. Xocalı soyqırımının şahidləri, erməni əsirliyində ən ağrılı dəhşətləri və vəhşətləri görənlər həmin qətliamın bu gün iç üzlərini açmaqda davam edir.
Xocalı soyqırımının şahidi Məhəmməd Nağıyev Publika.az-a açıqlamasında faciənin son dərəcə ağrılı fraqmentlərini bu cür xatırlayır:
“XX əsrin ən qanlı soyqırımılarından olan Xocalı dəhşətlərinin şahidiyəm. 150 nəfərlik bir dəstə ilə Xocalını tərk etməyə məcbur olduq. Dəhraz kəndi istiqamətində əsir götürüldük. Əsir götürülən müddətdə ermənilər üzərimizdəki qızıl-zinət əşyalarını, pulları zorla aldılar. Əllərindəki kəlbətinlərlə insanların qızıl dişlərini vəhşicəsinə çıxarmağa başladılar”.
M.Nağıyev deyir ki, ermənilər insanların çığırtısına, bağırtısına əhəmiyyət vermirdilər:
“Bundan yarım, bir saat sonra bizim içərimizdən 13 nəfər gənci seçib ayırdılar, onları “KamAZ” maşınlarına mindirib harasa apardılar. Bizimlə birgə əsir düşən Ahıska türklərindən bir oğlan var idi. Əhməd adında bir oğlan... Onun başını bizim gözümüzün qabağında kəsib futbol topu kimi oynadırdılar. Bundan sonra mənə yaxınlaşdılar, bizdən kimdə pulemyot olduğunu soruşdular. Mən dedim ki, həkim adamam, bilmirəm. Özüm ixtisasca həkiməm. Uzun müddət - 1979-cu ildən 1992-ci ilə qədər Xankəndidə həkim işləmişəm. Sonra iki nəfər əlibıçaqlı erməni məni yerə yıxdı. Sinəmin üzərinə çökdülər. Başımı kəsmək istədilər”.
Soyqırımı şahidinin sözlərinə görə, bu vaxt içəriyə “Qızıl Xaç”ın nümayəndələri daxil olur və qanın arasına girir:
“Bu vaxt iki mülki şəxs içəri girdi. Onların gəlişi ilə məni yerdən qaldırdılar. Sonradan öyrəndik ki, həmin iki nəfər “Qızıl Xaç”ın nümayəndəsi imiş. Mənim sağ qalmağıma səbəb o iki nəfər oldu. Xocalı soyqırımı haqqında onu deyə bilərəm ki, biz türk, azərbaycanlı olduğumuza görə ermənilər bizi son nəfərimizə qədər qətlə yetirmək istəyirdi. Bizim işimiz haqq işidir. Bunun nəticəsidir ki, bu gün torpaqlarımızı erməni vandallarından geri aldıq. İnanırıq ki, tezliklə Xocalımıza qayıdacağıq”.
Tural Turan
-
Dünya08:24BƏƏ hava məkanını bağladı
-
Cənubi Qafqaz07:35İrəvan çalxalanır: Paşinyanla bağlı inanılmaz iddia yayıldı
-
Sosial07:15Sürücülər üçün pis xəbər - Video
-
ABŞ06:16Tramp: Bu, İran üçün intihar olar
-
Hadisə05:15Faciəvi şəkildə ölən müəllimin görüntüləri - Video
-
Qoroskop01:40Günün ulduz falı: geri çəkilib plan qurmaq faydalı olacaq
-
Nida Xəbər 00:47Bakıda müşahidə olunan dronlarla bağlı ekspert açıqlaması - Bu, açıq-aşkar göstərir ki...
-
Sosial00:25Bu gün İlaxır çərşənbədir

































