Qarabağ
Əliyev, Ərdoğan və Bağçalı Şuşaya gedəcək - BU MƏQSƏDLƏ
Ermənistanın işğalından azad olunan Şuşa şəhərində Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MPH) Ülkü Ocaqlarının Təhsil və Mədəniyyət Fondunun tikəcəyi məktəbin təməlqoyma mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və MHP sədri Dövlət Bağçalının iştirakı planlaşdırılır.
Bunu MHP sədrinin müşaviri, memar Ziya Günaydın deyib.
Azərbaycana səfərindən danışan müşavir bildirib ki, hazırda Şuşaya yol problemi var və bunu aradan qaldırmaq üçün yeni yol çəkilir: “Müşahidələrimizə və keçirdiyimiz görüşlərə əsasən deyə bilərəm ki, işlər sürətlə gedir və yaz gəlmədən bu yolun açılması planlaşdırılır. Prezident İlham Əliyev bizə də “Mən qardaşımsız Şuşaya getmərəm, birgə gedəcəyik” dedi. O, möhtərəm Dövlət bəyin də gəlməsini arzu etdiyini və birlikdə təməl qoyulacağını söylədi. Hazırlıqlar bitəndən sonra yol açılışı və sonra iki prezident və Dövlət bəyin iştirakı ilə məktəbin təməlinin qoyulması planlaşdırılır”.
Z.Günaydın bildirib ki, məktəbin tikiləcəyi yer hələlik müəyyənləşməyib: “Şuşada diqqətlə kadastr işləri aparılır. Cənab İlham Əliyev qeyd etdi ki, bu işlər nəticəsində məktəbə şəhərin ən gözəl yerində ərazi ayrılacaq”. (report)
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)






















.jpg)
.jpg)
